“Microsoft” tibbi texnologiyalara investisiya qoyacaq

Date:

Paylaş:

“Microsoft” korporasiyası “AI for Health” proqramına start verib. 2025-ci ilədək səhiyyə üçün süni intellektə 40 milyon dollar investisiyanın yatırılması nəticəsində şirkətlər, qeyri-kommersiya təşkilatları və elm xadimləri süni intellekt alətləri, “bulud” hesablamaları və digər resurslardan istifadə imkanı əldə edəcəklər. Vəsaitlərin bir hissəsi qrantların verilməsinə sərf olunacaq.

Proqramın əsas aspektləri arasında tədqiqat işi yer alıb. Belə ki, “Microsoft” alimlərə xəstəliklərin daha dəqiq profilaktikası, diaqnozlaşdırılması və müalicəsinə imkan verəcək resurslar təqdim etməklə tədqiqatlar aparmağa yardım etməyi planlaşdırır. Süni intellektin qəfil körpə ölüm sindromu, diabetik retinopatiya kimi təhlükəli xəstəliklərin tədqiqi üçün tətbiqi nəzərdə tutulur.

Analitika sahəsində “Microsoft” uzunömürlülük və ölüm amillərinin müəyyənləşdirilməsi məqsədilə qlobal məlumat mübadiləsinə kömək edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, tibbi məlumatların məxfiliyinin qorunmasına xüsusi diqqət yetiriləcək.

“AI for Health” proqramı çərçivəsində korporasiya inkişaf etməkdə olan ölkələrin sakinlərinə səhiyyə sahəsində yüksək texnoloji tibbi yardım imkanlarının göstərilməsində hüquqi bərabərliyi müdafiə edir.

“AI for Health” proqramı süni intellekt vasitəsilə cəmiyyət qarşısında duran aktual çağırışları həll edəcək 165 milyon dollar dəyərində “Microsoft AI for Good” layihəsinin tərkib hissəsidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...