AQTA quşçuluq məhsullarının idxalı ilə bağlı sahibkarlara müraciət edir

Date:

Paylaş:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edir.

Bizplus.az agentliyin məlumatına istinadən bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunmuşdur. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilmişdir.

Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında  yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Bu qadağa epizootik vəziyyət sabitləşənədək davam edəcək.

Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.

AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...