WSJ yazır ki, Unilever şirkəti (Liptobn və Brooke Bond brendlərinin sahibi) uzun illərdir satış həcminin az olması səbəbindən öz çay biznesindən getmək qərarına gəlib. Şrkətin 2019-cu il üzrə xalis mənfəəti 38,4% azalaraq 6 mlrd. avro olub. Bu barədə şirkətin hesabatında deyilir.
Çay biznesi şirkətə illik təxminən 3 mlrd. avro gəlir gətirir.
Şirkət bildirib ki, qara çay istehlakı ABŞ və Avropa kimi inkişaf etmiş bazarlarda artıq azalıb və istehlakçılar daha digər, bitki və meyvə tərkibli çaylara üstünlük verirlər.
Unilever-də söz veriblər ki, çay biznesinin inkişafı strategiyasına yenidən baxacaqlar və bundan sonra rəhbərlik çay aktivlərinin hamısının və ya yarısının satılması ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Unilever “Lipton”u 1971-ci ildə, “Brooke Bond”u isə 1984-cü ildə alıb. Bu bizneslər şirkətin İngiltərədə lider mövqeyə yiyələnməsini təmin edib.