Amerikalı sahibkar İlon Maskın sərvəti bir saat ərzində 2,3 milyard dollar artıb. Bu, “Tesla” səhmlərinin 12% artaraq 649 dollar səviyyəsinə çatması səbəbindən olub.
Bizplus.az xəbər verir ki, bu barədə Nyu-York birjasına istinadən “Bloomberg” məlumat verib.
Qeyd edildiyi kimi, şirkətin bazar kapitallaşmasının artması ilə Maskın sərvəti 36 milyard dollara çatıb.
2019-cu ilin noyabrında İlon Maskın sərvəti 2 milyard dollar artmışdır. Həmin ayda sahibkar “Tesla” nın Cybertruck elektropikaplar üçün 146 min sifariş qəbul etdiyini bildirib.