Böyük Britaniyada biznes qurmaq – İngiltərədə necə şirkət açılır?

Date:

Paylaş:

Başqa ölkədə doğulmuş olsanız belə, sıfırdan işinə başlamaq və ya İngiltərədə artıq hazır biznes  almaq bir o qədər də çətin deyil. Hazır biznes-planlı və ölkədə kommersiya işi olan xarici rezidentləri kiçik və orta biznesin hərtərəfli dəstəyi, həm vətəndaşlar, həm də xarici investorlar üçün bərabərliyi təmin edən “şəffaf” hüquq normaları və praktiki olaraq intuitiv anlaşılan vergi sistemi cəlb edir.

Ətraflı nəzər yetirək, biznesinizi Britaniya kapitalizminin xainliyindən qorumaq üçün nədən başlamaq daha yaxşı olar?

Böyük Britaniyada şirkət açmaq: ingilis biznesinin əlifbasını öyrənirik

Avropa qanunvericiliynin ciddi rejimləri altında kommersiya fəaliyyəti ilə məşğul olmaq və bütün dünya üzrə  onlarla uğurlu şirkət üçün arzuolunan tərəfdaşa çevrilmək istəyirsinizsə, İngiltərəyə əsas variantlardan biri kimi baxa bilərsiniz. Burada siz asanlıqla həm hazır və “özünü tutmuş” biznes ala bilər, həm də yerli rüşvətxorluq və ya bürokratiya maneələri ilə qarşılaşmadan startap təşviq edə bilərsiniz. Əlbəttə, İngiltərədə şirkət qeydiyyatdan keçirməyin öz maneələri var, amma yerli qanunvericiliyin xüsusiyyətlərini biləndən sonra onların öhdəsindən uğurla gəlmək olar.

Böyük Britaniyada öz firmanı qeydiyyatdan keçirmək üçün bunları etməlisiniz:

1 . şirkətə ad fikirləşin və  unikal olduğunu digər şirkətlərin ad reyestrində yoxlayın;

2 . şirkətin fəaliyyət növləri kodlarını müəyyənləşdirmək;

3 . direktor təyin edin – onsuz İngiltərədə yeni başlayan biznes heç işləyə də bilməz;

4 . şirkətə katib təyin etmək (fiziki və ya hüquqi şəxs);

5 . səhm kapitalı təyin etmək və səhmdarlar seçmək;

6 . şirkətin, onun fəaliyyətinə birbaşa və ya dolayısıyla təsir edən bir və ya bir neçə nəzarət mexanizminin olub-olmayacağını müəyyən etmək;

7 . çətin vəziyyətlərdə – şirkətin idarəetmə qaydalarını yaradan təsis memorandumunu və onun şirkətin məqsədlərinin və səhm kapitalının həcminin qeyd olunduğu nizamnaməsini hazırlamaq.

Böyük Britaniyada biznesin sizsiz də işləyə bilməsi vacibdir: əgər siz faktiki olaraq ölkədə yaşamırsınzsa, sizin qarşınızda şirkətin fəaliyyətinə görə cavabdeh olan nominal simaların (səhmdar və ya direktorlar) xidmətlərindən yararlanmaq daha rahatdır. Amma ehtiyyatlı olun – fırıldaqçılığın qurbanı olmamaq üçün daha yaxşı olar ki, xoş reputasiyalı yoxlanmış şirkət seçəsiniz.

Şirkətin digər qeydiyyat məsələləri

Bundan başqa, yeni başlayan iş adamlarının özlərinin və ya mütəxəssislərin köməyindən istifadə edənlərin Böyük Britaniyada qeydiyyatdan keçirilməsi zamanı yaranan digər problemləri də həll etmək lazım gələcək – xüsusilə də, əgər gələcəyinizi bu ölkə ilə bağlamağı düşünürsünüzsə:

bütün lazım olan biznes-viza sənədlərinin rəsmiləşdirilməsi (səhmdar vizası, startap vizası, yeganə nümayəndə vizası və başqa,);

yaşayış yeri və kommersiya daşınmaz əmlakı axtarışı;

İngiltərədə uşaqlarınız üçün uyğun olan təhsil müəssisəsi axtarışı;

İngiltərəyə keçmək;

Böyük Britaniyada bank hesabı açmaq;

nümayəndəliyin (ana şirkət tərəfindən təqdim ediləcək sənədlər paketinin – nizamnamə, direktorlar və səhmdarlar barədə məlumatların, qeydiyyat şəhadətnməsinin hazırlanması) səhmdarı olan xarici şirkətin nümayəndəliyini (filial) açmaq.

İngiltərədə bank hesabı açmaq

Şirkətiniz başqa ölkədə qeydiyyatdan keçibsə, Böyük Britaniyada bank hesabı açmaq asan olmayacaq. Ən sadə yol – Birləşmiş Krallıqda  nümayəndəliyi olan və rezident ölkədə rəsmi olaraq işləyən bank (UniCredit, HSBC, Citi  və başqaları) tapmaqdır. Böyük Britaniyada həm yerli bank qurumunda (özəl və ya pərakəndə) həm də istənilən Avropa bankında bank hesabıın açılmasına yol verilir.

İngiltərənin pərakəndə bankları tez-tez ölkənin qeyri-rezidentlərinə bank hesabı açmaq üçün sənədlər paketi istəyən çox yüksək rəsmi tələblər qoyurlar. Özəl banklar daha az tələbkardırlar, amma təqdim etdikləri xidmətlər spektri azdır və onlar daha çox hüquqi deyil fiziki şəxslərə xidmət edirlər. Avropa bankında hesab açmağın İngiltərədə şirkət qeydiyyatdan keçirərkən öz üstünlükləri olur:

xarici bazarlarla iş xüsusiyyətlərini dərk etmək;

off-shore şirkətlərlə iş;

24 saat ərzində bankda hesa açmaq;

müxtəlif valyutalarla əməliyyat;

müştəri üçün rahat onlayn-xidmətlər.

İngiltərədə bank hesabı açmaq üçün lazım olan sənədlər

Bütün banklar, əsas da pərakəndə olanları şirkətin və onun direktorunun etibarlılığını hərtərəfli yoxlayırlar. Onlar əmin olmalıdırlar ki, şirkətiniz həqiqətən də mövcuddur və qeyri-qanuni fəaliyyət göstərmir. Sizdən bu sənədlər (ingilis dilində ya da notarial tərcümə ilə) tələb oluna bilər:

şəxsiyyət vəsiqəsi və şirkət direktorunun ünvanını təsdiqləyən sənəd;

şirkətin fəaliyyətinin təsviri;

şirkətin potensial pul dövriyyəsi;

gəlirlərin və xərclərin qanuniliyini təsdiq edən sənəd.

İstənilən halda, əgər sizin çoxlu biznes ideyalarınız varsa, Böyük Britaniyada şirkət açmaq çətin iş olmayacaq. Əsas olan addım-addım qeydiyyat üçün lazım olan bütün biznes mərhələləri keçmək, həmçinin, ehtiyatla və zamanında britan qanunvericiliyinin bütün tələblərini yerinə yetirməkdir, belə ki,  onların yerinə yetirilməməsi vizanın ləğv olunması kimi kifayət qədər çox xoşagəlməz hallarla nəticələnə bilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...