“Sədərək”də Çin malları satan 32 yaşlı Gülnar hansı virusdan öldü?

Date:

Paylaş:

Bu gün sosial şəbəkələrdə daha bir nəfərin qrip virusundan ölməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada vəfat edib. Mərhumun Sədərək ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərdiyi iddia olunub. 

Xəstəxanadan virtualaz.org-un sorğusuna bildiriblər ki, Mərkəzi Klinik Xəstəxanası qrip, yaxud xüsusi təhlükəli virus diaqnozu ilə xəstə qəbul etmir. Xəstəxanada Gülnar Əliyeva adlı xəstə vəfat etməyib.

Klinik Tibbi Mərkəzin  baş həkimi Ədalət Dadaşov isə söyləyib ki, xəstəxanada qrip virusundan ölüm baş verməyib. Yalnız Çindən gələn bir nəfər şübhəli şəxs kimi yoxlanılıb, karantin altına alınıb. Lakin onda virus aşkarlanmayıb. Xəstəxanada 5 palata ayrılıb, hazır vəziyyətə gətirilib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda isə 2006-cı ildə 8 palatadan ibarət şöbə yaradılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır. Xəstəxananın baş həkimi İman Rzayev deyib ki, digərlərini yoluxdurmamaq üçün həmin xəstələr xüsusi palatalara yerləşdirilib. Amma koronovirusa yoluxmaqda şübhəli bilinən şəxs, yaxud ağır xəstə gətirilərsə həmin şəxslər digər şöbələrə keçirilə bilər.

Qeyd edək ki, Salyanda da bir nəfərin pnevmaniyadan öldüyü haqda məlumatlar yayılıb. Lakin TƏBİB məsələ ilə bağlı açıqlama verməyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...