Azərbaycanda avtomobil istehsalının artacağı gözlənilir

Date:

Paylaş:

2019-cu ildə Azərbaycanda 2360 minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur.

Bizplus.az məlumat verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanda minik avtomobilləri, qoşqu və yarımqoşquların ümumi istehsalı 315.5 milyon manat (il ərzində 10.6 faiz artım) təşkil edib.

Azərbaycana ümumilikdə 475 milyon manat dəyərində 36.061 min avtomobil idxal edilib. Ölkəyə 54 milyon manat dəyərində 3261 yük maşını (artım müvafiq olaraq 1.7 və 1.9 dəfə) və 68.7 milyon manat dəyərində 494 avtobus (artım müvafiq olaraq 2,1 və 5.5 dəfə) gətirilib.

2018-ci ildə Azərbaycanda “Xəzər” brendi altında avtomobil istehsal edən yeni avtomobil zavodu istifadəyə verilib. Bu, ölkədə minik avtomobilləri istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölkədə, həmçinin Çinin “Lifan” avtomobillərinin yığıldığı Naxçıvan Avtomobil Zavodu, eyni zamanda traktorlar, kənd təsərrüfatı texnikaları, Belarus və Rusiya şirkətlərinin bir neçə yük avtomobillərinin modellərini istehsal edən Gəncə Avtomobil Zavodu fəaliyyət göstərir.

Hökumətin proqnozlarına görə, 2020-ci ildə maşın istehsalının həcmi 56 milyon manat, 2021-ci ildə – 85.3 milyon manat, 2022-ci ildə isə 113.3 milyon manat təşkil edəcək.

Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır. Bu sayın 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və nəhayət 2023-cü ildə yeddi min ədədə qədər artacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...