Yerli şirkətləri marketlərə niyə buraxmırlar?

Date:

Paylaş:

Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan kiçik yerli şirkətlər mallarını iri market şəbəkələrində satışa çıxarmaqla bağlı çətinliklərlə üzləşirlər.

Bizplus.az xəbər verir ki, bu məsələyə dövlət müdaxilə edəcək.

Azərbaycanın dövlət qurumları kiçik istehsalçıların iri market şəbəkələrinə daxil olması ilə bağlı yaranmış problemə müdaxilə etməli olacaqlar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib.

Xatırladaq ki, bir sıra istehsalçılar iri market şəbəkələrinə daxil olmaqla bağlı problemlə üzləşdiklərini, hər qablaşmaya görə onlardan böyük məbləğdə (ƏDV ilə birlikdə 600 manata yaxın) vəsait tələb olunduğunu bildirirlər. Nəticədə bu məbləği ödəyə bilməyən şirkətlər iri marketlərdə malları satışa çıxara bilmir, ödəyənlər isə böyük zərərlə üzləşirlər. «Marketlərdəki problemimiz hələ də davm edir. «Bravo» şirkəti bizdən hər qablaşdırmaya, daha dəqiqi hər növ məhsula görə 500 manat kod pulu istəyir, ƏDV-ni də nəzərə alanda bu – bir növ banka üçün təqribən 600 manat deməkdir. Məhsulun normal təqdimatı üçün azı 10 qab qoyulmalıdır və bu da 6 min manat ödəniş deməkdir»-deyə, məhsullarının iri marketlərdə satışı ilə bağlı problemlərlə üzləşmiş bal istehsalçısı Cavid Kərimov bildirib. Onun sözlərinə görə, bəzi marketlər kiçik şirkətlərdən qeyri-rəsmi endirimlər də istəyirlər.

KOBİA rəhbəri Orxan Məmmədov bildirir ki, bu məsələ ilə bağlı obyektiv və subyektiv səbəblər var: «Obyektiv səbəblərə qablaşdırma, məhsulun davamlı çatdırılması halları daxildir, amma bir sıra hallarda subyektiv səbəblər də önə çıxmaqdadır».

O.Məmmədov bildirib ki, belə halların qarşısını almaq üçün tənzimləmə alətlərinin təkmilləşdirilməsinə, eləcə də ticarət mərkəzlərinə girişlə bağlı dövlət dəstək mexanizmlərinin tətbiqinə ehtiyac vardır və bu istiqamətdə agentlik tərəfindən təkliflər hazırlanır.

Bundan başqa, KOBİA bu məsələnin marketlərin və yerli istehsalçıların nümayəndələrinin görüşündə də müzakirəsini təklif edir: «Bu artıq dövlət-sahibkar deyil, sahibkar-sahibkar problemidir. Yerli istehsalçılar öz aralarında razılığa gəlsin və agentlikdə market sahibləri ilə görüş təşkil edək»-deyə KOBİA sədrinin müavini Natiq Adilov bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...