Əlilliyi olan şəxslər üçün yeni vergi güzəştləri tətbiq ediləcək

Date:

Paylaş:

Bizplus.az Vergilər.az-a istinadən əlillərə vergi güzəştlərini təqdim edir.

III qrup əlilliyi olan şəxslərə əməkhaqqı ödənişlərində hansısa güzəştlər varmı? Yeni tətbiq ediləcək icbari tibbi sığorta üzrə ödənişlər onlara da şamil ediləcək?

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinin tələbinə görə, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulub.

Əmək müqaviləsinə əsasən, işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqlarının ödənilməsinə gəlincə, qeyd olunub ki, burada əlilliyi olan şəxslər üçün hər hansı azadolma nəzərdə tutulmayıb. İcbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1%, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...