Kiçik və orta biznes iri market şəbəkələrinə çıxa bilmir

Date:

Paylaş:

Azərbaycanda kiçik və orta biznesin iri market şəbəkələrinə çıxmasında problemlər var.

Bizplus.az xəbər verir ki, bu barədə qida sənayesinə həsr olunan toplantıda KOBİA-nın rəhbəri Orxan Məmmədov bildirib.

Orxan Məmmədov bu sahədəki problemləri və təklifləri səsləndirib.

Onun sözlərinə görə, ilk növbədə bu sahədə maarifləndirmə və məlumatlandırmaya ehtiyac var. Bir sıra hallarda qida sənayesində çalışan iş adamlarının qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar və sanitar gigiyena barədə məlumatsızlıqları problem yaradır və müdaxilə kimi başa düşülür. KOB-ların bilik və bacarığının artırılması üçün KOB inkişaf mərkəzləri yaradılır.

İri market şəbəkələrinə girişdə problemlər yaşanır. Bəzi obyektiv və subyektiv səbəblər də var. Bunun qarşısını almaq üçün tənzimləmə mexinzmlərinə və dövlət dəstək mexanizminin tətbiqinə ehtiyac duyulur və bununla bağlı təkliflər də hazırlanıb.

Dövlət dəstəyinin təşviqinə ehtiyac var. Təşkil mexanizmləri mövcuddur  və bu barədə də məlumatdandırma olmalıdır.

“Məsələn, bu, bazar araşdırmaları mexanizmidir. 20 min manatadək dəstək var, İxracın subsidiyalaşması mexanizmi var Azpromo tərəfindən  – sahibkarlar bundan yararlana bilərlər . Çünki bu sahədə aktivlik lazımi səviyyədə deyil” – deyə, Orxan Məmmədov bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...