KOBİA-dan məcburi köçkün olan qadınlara dəstək

Date:

Paylaş:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb.

Bugün, yanvarın 22-də çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçuluq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı Füzuli rayonunda tədbir keçirilib.

“Sosial Tərəqqi” İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsi çərçivəsində icra olunan biznes layihələr Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə maliyyələşdirilib və onların  hər biri 5000 avro dəyərində avadanlıqlarla təchiz edilib.

Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və 5 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb.

Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.

Qeyd edək ki, 2019-2020-ci illəri əhatə edən “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsinin icrası məqsədilə qadın icmaların iştirakı ilə MMC-lərin yaradılması, müvafiq biznes layihələrinin seçilməsi üçün KOBİA-nın Qəbələ-Oğuz və Füzuli üzrə KOB dostlarının, BMT İnkişaf Proqramının, “Sosial Tərəqqi” İctimai Birliyinin təmsilçiliyi ilə komissiya formalaşdırılıb. Komissiya tərəfindən məcburi köçkün qadın qrupları tərəfindən təqdim edilmiş 10 biznes layihəsi arasında qiymətləndirmə aparılıb və onlardan 5-i dəstək göstərilməsi üçün seçilib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...