Azərbaycanlılar türkiyəli müdirin “əməkhaqqı” tələsinə düşüblər

Date:

Paylaş:

Türkiyədə əməkhaqlarını almaq istəyən azərbaycanlıların başına iş gəlib.

Bizlpus.az “Sabah”ın xəbərinə istinadən məlumat verir ki, Tükiyəyə tikintidə işləməyə gedən azərbaycanlı fəhlələr maaşlarını ala bilmədiklərindən İstanbulda Salim Ö. adlı müdirlərinin evinə gəliblər.

Arvadından fəhlələrin evinə gəldiyi xəbərini alan müdir isə azərbaycanlılara tələ qurmaq qərarına gəlib.

O, Əsənlər avtovağzalında Azərbaycana gedən avtobusların qeydiyyat şöbəsinə özünü cinayət şöbəsinin polisi kimi təqdim edərək, fəhlələrin şəkillərini yaymağa başlayıb.

Rasim H., Yaməddin A. və başqalarının fotolarını verərək, adlarının cinayətdə hallandığını, ora gələrlərsə, dərhal ona xəbər vermələrini istəyib.

Bir müddət sonra qeydiyyat katibi şəkildə olan iki nəfərin avtovağzala gəldiyini görüb, amma yalançı polisə deyil, əsl polisə zəng edib.

Bu zaman hadisənin üstü açılıb. Özünü polis kimi tanıdan Salim Ö. saxlanılıb.

O, polisə verdiyi ifadəsində evinə gəlib onu təhdid edən fəhlələrin Türkiyədən çıxa bilməməsi üçün belə etdiyini deyib.

Qeyd edək ki, Salim Ö. barəsində cinayət işi başlanılıb. Üç ilə qədər həbs olunması istənilən şəxs yaxın günlərdə hakim qarşısına çıxarılacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...