ABŞ-ın “Facebook” şirkəti bu il İngiltərədəki işçilərinin sayını 1 000 nəfər və yaxud 33% artıraraq 3 min nəfərdən 4 minə nəfərə çatdırmağı planlaşdırır.
Bizplus.az xəbər verir ki, yeni işə qəbul olunacaq əməkdaşlar əsasən sosial şəbəkədəki zərərli halların üzə çıxarılması ilə məşğul olacaqlar.
Bundan başqa, 500 nəfər proqram mühəndisliyi, məhsul dizaynı və informasiya texnologiyaları sahəsinə cəlb olunacaq.
Qeyd edək ki, indiyə qədər “Facebook” öz platformalarında 2,8 milyon zərərli məzmun aşkarlayıb.