Amerikanın Clearview AI startapı üz tanıyan tətbiq hazırlayıb. Bunun üçün o, Facebook,YouTube və digər saytlardan toplanmış şəkillər bazasından istifadə edir. The New Times qəzeti yazır ki, sistemə eyni zamanda ABŞ və Kanada xüsusi xidmət orqanları və polislər də giriş əldə ediblər.
Şirkət 2019-cu ildən bəri 600-dən çox hökumət orqanı ilə əməkdaşlıq edir. Startapın məlumatına görə, sistemin effektivliyi 75%-ə qədərdir. Amma onlardan nə qədərinin yalan olduğu məlum deyil – texonologiya heç bir müstəqil ekspert yoxlamasından keçməyib. Bunu NYT qeyd edir. Qəzetin keçirdiyi sorğu nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları bildiriblər ki, sistem effektivdir.
NYT qeyd edir ki, məlumatların toplanması metodu sosial şəbəkələrin siyasətinə ziddir. Məsələn, Facebook artıq yoxlamaya başladığını bildirib. Startapdan isə deyirlər ki, onlar ancaq hamıya açıq olan şəkillərdən istifadə edirlər. Yəni, əgər istifadəçi “Facebook”da gizlilik quraşdırmasını dəyişsə sistem profil şəklini artıq daxil etməyəcək.
NYT yazır ki, sistem bütün şəkilləri yaddaşda saxlayacaq, hətta sonradan əsas mənbədən silinsələr belə. Hal-hazırda startap, istifadəçilərdən şəkillərin silinməsini tələb edən alət üzərində işləyir.
Xatırladaq ki, “Clearview AI” hüquq-mühafizə orqanlarına 30 günlük pulsuz sınaq versiyasını və illik 2000 dollara lisenziya təklif edir. Texnologiyadan istəyən hər kəsin yararlana bilib-bilməyəcəyi hələ ki, məlum deyil.