Xiaomi şirkəti açılan 7 kameralı yeni smatrfonu patentləşdirib. Bu barədə Shot Bytes portalı məlumat verir.
Smartfonun ön və arxa kameraları eyni bir açılan blokda yerləşəcəklər. Patentdə müxtəlif sayda kameralı fərqli dizayn variantlarından bəhs olunur.
Şirkətin bu smartfonları həqiqətən istehsala buraxıb-buraxmayacağı hələ ki, məlum deyil. Amma bir çox mənbələrin verdiyi məlumata görə, onlar artıq bu il satışa çıxarılacaqlar.