“Nestle” şirkəti “yaşıl” qablaşdırma həllərinə 2,1 milyard dollara qədər investisiya yatıracaq.
İsveçrənin qida istehsalçısı “Nestle”, 2025 proqramı çərçivəsində yaşıl qablaşdırma həllərinə 2 milyard İsveçrə frankına (2.1 milyard dollar) qədər sərmayə qoyacağını açıqlayıb.
“Bizplus.az” xəbər verir ki, Şirkət 5 il ərzində bütün qablaşdırma materiallarının “təkrar istifadə edilə bilən” olmasını hədəfə alıb.
“Nestle” 2025-ci ilə qədər qida məhsullarının qablaşdırılmasında plastik məhsulun istifadəsinə son qoymaq niyyətindədir.
Bundan əlavə, şirkət bu sahədə çalışmağa yeni başlayan şəxsləri maliyyələşdirmək üçün 250 milyon franklıq bir fond yaratmağı da planlaşdırır.