Geridə qoyduğumuz 2019-cu ilin mayında “Finca Azerbaijan” bank olmayan kredit təşkilatının İnsan resursları (HR) departamentinin rəhbəri olmuş Həsənova Vəsmicahan Həkimxan qızı özünə yeni şirkət təsis edib.
Rəsmi mənbələrdən əldə edilən məlumata əsasən, sabiq HR direktoru özünə “The Mas Global Group” MMC adlı şirkət təsis edib.
Şirkət 9 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 4 000 manatdır.
Qeyd edək ki, V.Həsənova 2003-2007-ci illərdə “Kred-Aqro” BOKT MMC-də İnsan resursları meneceri, 2009-2010-cu illərdə Freelancer kimi çalışmış, daha sonra isə 9 il müddətində (2019-cu ilə qədər) “Finca Az.”da direktor vəzifəsndə çalışıb.
O, həmçinin 2001-2003-cü illərdə Cənubi Koreyanın Hondonq Universitetində MBA dərəcəsinə yiyələnib.