Nadir Adilov: “Könüllülər ili” biznes sektoru üçün də çox yaxşı çağırışdır”

Date:

Paylaş:

Azərbaycanda son illər könüllülük hərəkatı geniş vüsət alıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Məhz buna görə də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Belə ki, sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

İndiyədək könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkənin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edib, ölkə gənclərinin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

“Könüllülük: uğur formulu” və “Könüllünün öz/əl kitabı” kitablarının müəllifi, biznes-mentor Nadir Adilov açıqlamasında deyib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi həm könüllülərə, həm də könüllülərlə işləyən subyektlər üçün yeni imkanlar və fürsətlər açır:

“Bu, həm də biznes sektoru üçün də çox yaxşı çağırışdır”.

Nadir Adilov: 

“İşə götürülmə mərhələsində könüllü olmuş şəxslərə önəm verilsə, biz onları vaxtını boşuna keçirən şəxslərlə fərqləndirmiş olarıq”.

Onun sözlərinə görə, qanunvericilik biznes sektorunda şəxslərə könüllülük fəaliyyətilə məşğul olmağı qadağan edir:

“Amma hesab edirəm ki, biznes sektoru çağırışlara biganə qalmamalıdır. Məsələn, əvvəllər könüllü olmuş tələbələri, gəncləri yarı iş günü olmaq və əməkhaqqı ödənilmək şərtilə işə götürə bilərlər. Bu, həm məşğulluğa böyük töhfə olar, həm də gənclərin könüllü olduqdan sonrakı fəaliyyətlərinin motivasiya elementinə çevrilər”.

N.Adilov qeyd edib ki, bu gün Azərbaycanda çox potensiallı gənclər var:

“Könüllü olmaq istəyən gənclər özündə o iradəni və gücü tapır ki, könüllü olur və müəyyən bacarıqlar əldə edir. Məsələn, ölkəmizdəki könüllülük hərəkatını götürək. Orada iştirak edən gənclərimiz vaxtın idarə edilməsini, kollektivdə iş və digər inzibati işləri öyrəniblər. Bunlar işəgötürənlər üçün çox vacib məqamdır. İşə götürülmə mərhələsində könüllü olmuş şəxslərə önəm verilsə, biz onları vaxtını boşuna keçirən şəxslərlə fərqləndirmiş olarıq. Yəqin ki, bu ilin sonunda bütün qurumlar “Könüllülər ili”ndə gördükləri işlərlə bağlı hesabatlar verəcəklər. Hesab edirəm ki, hər bir kəs bu prosesə öz töhfəsini verməlidir. Hesab edirəm ki, tək könüllülər və könüllü olmaq istəyən şəxslər yox, digər subyektlər də hərə özünə uyğun nəticəyönümlü işlər seçməlidir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...