24-28 fevral tarixlərində Rusiyanın Altay diyarından olan iş adamları Azərbaycana səfərə gələcəklər.
Bu barədə Altay Kiçik və Orta Sahibkarlıq Fondu məlumat verir.
“Azərbaycana biznes missiya Altay diyarı və xarici ölkələrin iş adamları arasında ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirlməsi məqsədilə təşkil olunur. Səfər proqramına xarici müəssisə və təşkilatların nümayəndələri ilə işgüzar əlaqələr birjası, nümayəndə heyəti üzvlərinin profili üzrə müəssisələrin ziyarət olunması, hökumət orqanlarının rəhbərləri və nümayəndələri ilə işgüzar görüşlərin təşkili daxildir”, – fondun məlumatında qeyd edilir.