Çamodanlar istehsalçısı “Away”in qurucusu Steph Korey rəhbər postunu tərk etməsini bir səhv adlandırıb və yenidən həmsədr kimi geri qayıtmaq qərarına gəlib. Bu barədə şirkətə istinadən The New York Times qəzeti xəbər verir.
Qeyd edək ki, 2019-cu ildə startapın keçmiş əməkdaşları Steph Korey-dən şikayət edərək onun onlarla kobud rəftar etdiyini bildirmişdilər. Bu barədə The Verge qəzetində dərc olunduqdan sonra şirkət rəhbər xanımın istefaya getməsini xəbər vermişdi.
Qeyd edək ki, o icra başçısı kimi qalmaqda davam edirdi.
Öz Twitter hesabında Steph Korey rəftarına görə üzr istəyib və səhvini boynuna alıb.
Korey-in sözlərinə görə onun onsuz da biznesdən getmək fikri yox idi. İndi isə o, şirkətdə yeni baş direktor Stuart Haselden-lə səlahiyyətlərini bölüşəcək.