Mark Zuckerberg bu dəfə ənənəsinə sadiq qalmayıb

Date:

Paylaş:

“Facebook”un rəhbəri Mark Zuckerberg sosial şəbəkədəki səhifəsində deyib ki, son on ildə o, hər il üçün qarşısına məqsədlər qoyurdu. Bu dəfə isə ənənədən kənar olaraq 2030-cu ilə qədərki trendlər barədə proqnozlar vermək qərarına gəlib.

Nəsil dəyişməsi

Zuckerberg-in sözlərinə görə, Facebook üzərində işlədiyi vaxtlar dövrünün adamlarının deməyə vacib sözlərinin olduğunu görür, amma gəncləri dinləyən yox idi. Nəticədə Facebook cəmiyyətdə çoxsaylı müxtəlif qruplarla ünsiyyət imkanı yaradır, amma bu, vacib məsələlərin həllində gənc nəslin də iştirakına səbəb olmur.

Zuckerberg belə düşünür ki, növbəti on ildə bu baş verəcək və gənclər yaşıdlarının qarşılaşdığı problemlərin həllində rəhbər mövqedə olacaqlar. O, söz verib ki, xeyriyyə fondunun köməyi ilə fərdi ibtidai təhsilə, səhiyyəyə, gənc sahibkarlara, alimlərə və başqalarına yatırım edəcək.

Yeni özəl sosial platforma

Facebook rəhbərinin fikrincə, internet cəmiyyətdə belə bir problem yaradıb ki, milyardlarla insan artıq bir-birindən uzaqlaşaraq ancaq onun vasitəsilə əlaqə qururlar.

Zuckerberg belə hesab edir ki, yaxın beş ildə rəqəmsal sosial mühit əsas diqqəti şəxsi ünsiyyətə və kiçik icmalara yetirəcək: “ Mən balaca bir şəhərdə böyümüşəm və orada öz yerini tutmaq asan olsa da milyardlarla insan içindən istənilən halda cəmiyyətdə öz unikal rolunu tapmaq çətin olurdu. Gələn on ildə daha vacib sosial infrastrukturaların bəziləri bizə bir-birimizə yenidən yaxın olmamız üçün bütün növ kiçik icmaların yenidənqurulmasında kömək edəcək”.

İmkanların genişləndirilməsi

O qeyd edib ki, son on ildə iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsi texnologiya olub. Facebook rəhbəri belə hesab edir ki, gələcəkdə texnologiyalar imkanlar yaratmaqda davam edəcəklər, amma bu, onun hesabına olacaq ki, iqtisadiyyatın digər sahələri texnologiyadan daha da yaxşı istifadə etməyə və daha da sürətlə irəliləməyə başlayacaqlar.

Facebook kiçik biznesə dəstək göstərmək niyyətindədir: Mark yazır ki, platforma artıq 140 milyondan çox müəssisəyə müştərilərlə işləməkdə kömək edir. Onun sözlərinə görə, yeni onillikdə şirkət elə bir  ticarət və ödəniş alətləri yaradacaq ki, onlar kiçik biznesə, artıq iri müəssisələrin yararlandığı texnologiyalardan istifadə etmək imkanı yaradacaqlar: “Biz istəyirik ki, istənilən bir şəxs İnstagram-dan məhsul sata, Messenger vasitəsilə ismarıclar yollaya və öz müştərilərini dəstəkləyə və ya WhatsApp-la aşağı qiymətə və bir andaca evdən dünyanın başqa bir yerinə pul göndərə bilsin – bu, bütün dünya üzrə imkanların yaradılması üçün böyük əhəmiyyət daşıyacaq.

Amma istənilən halda güclü və stabil iqtisadiyyatı ümumiyyətlə uğurlu olan insanlar yaradırlar. Buna nail olmağın ən yaxşı yolu – kiçik biznesin  texnoloji şirkətə çevrilə bilməsini təmin etməkdir”.

Yeni texnologiya platforması

Zuckerberg belə hesab edir ki, smartfonlar növbəti onillikdə də demək olar ki, əsas cihaz olaraq qalacaqlar, amma nə zamansa yeni əlavə reallıq mənbələri meydana gələcək və onlar “bizim texnologiyalara münasibətimizi yenidən müəyyən edəcəklər”: “Virtual reallıq – mövcudluq duyğusudur. Növbəti texnoloji platforma bizə bir-birimizə yaxın olmaqda kömək edəcək. Əvvəlki cihazların bəzilərinin əlverişsiz təsir bağışlamasına baxmayaraq, belə düşünürəm ki, onlar kiminsə yaratdığı ən sərfəli və sosial texnologiya platformaları olacaqlar.

“Harada gəldi ola bilmək” imkanı zamanımızın ən böyük sosial problemlərindən bəzilərini (böyük şəhərlərə köç səbəbindən yaşayış yerlərinin baha olması və coğrafi yerləşmə baxımından imkanlarıın qeyri-bərabər olması)  həll etməyə kömək edəcək.

Yeni idarə formaları

Zuckerberg yazır: “Gələn on illiyin əsas problemlərindən biri də budur: internetin köməyi ilə yaradılan yeni iri rəqəmsal icmaları necə idarə etmək lazımdır?” Sosial şəbəkə rəhbəri deyir ki, Facebook kimi icmalar daim güzəştə getməli olurlar: özünüifadə və təhlükəsizlik imkanları, qanun və şəxsilik, açıq sistemlərin yaradılması və məlumatların gizlədilməsi arasında.

Zuckerbergə görə, bu sualın doğru cavabı yoxdur. O, belə hesab edir ki, bir çox hallarda cəmiyyətin fikrini nəzərə almaq lazımdır. “İcmalar üçün yeni özünütənzim alətləri problemin həlli kimi çıxış edə bilərlər”, Zuckerberg qeyd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...