2020-ci ilin ilk rübündə “Twitter”də yeni funksiya işə düşəcək – “tvit”lərə cavab verən istifadəçilərin sayına məhdudiyyət qoymaq mümkün olacaq.
İstifadəçilər dörd gizlilik rejimindən birini seçə biləcəklər – Global, Group, Panel və Statement. Global, tvitlərə cavab verəcək istifadəçi sayına məhdudiyyət qoymur. Group rejimində tvitlərə tvit sahibinin abunə olduğu istifadəçilər cavab verə biləcəklər. Panel, tvit müəllifinin özünün seçdiyi şəxslərə cavab imkanı yaradır. Statement isə hamıya məhdudiyyət qoyur.
Funksiya üzərində hələ ki işlər gedir.
Qeyd edək ki, “The Verge” jurnalistinin sözlərinə görə, bu funksiyanın tətbiq edilməsində məqsəd yarana biləcək aqressiyaların qarşısını almaqdır.