Pablo Eskobar kimdir?
Kolumbiyalı narkotik qaçaqçısı. Narkotikadan əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir.
Eskobarın gənclik dövrü Kolumbiyanın Medellin şəhərində keçmişdir. Medellin 1970 – 1980-cı illərdə ən təhlükəli şəhərlərdən biri idi. Kolumbiya narko kartellərinin hər biri bu şəhərdə cəmləşmişdi. Eskobar da ilk cinayətkar fəaliyyətinə bu şəhərdə maşın oğurluğu edərək başlamışdır. Şəhər məzarlığından baş daşlarının oğurlayıb, Antiogada yerləşən kəndlərdə satması haqqında olan iddialar öz təsdiqini tapmamışdır. Xırda oğruluğun təhlükəli və az qazanclı olması səbəbindən Eskobar 1970-ci illərdə narkotik biznesinə başladı. Narkotikdən əldə edilən gəlirlər hesabına qısa zamanda varlanan Eskobar 1975-ci ildə Medellin şəhərində bütün narko kartellərinin tabe olduğu və baş narkobaron kimi tanınan Fabio Restreponu öldürmək göstərişi vermişdir. Fabio Restreponu ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçmişdir. 1976-cı ildə ABŞ-da satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılırdı.
1980-cı illərin əvvələrində Eskobar özünün böyük narkotik imperiyasını yaratmışdı. ABŞ, Meksika, Puerto Riko Pakistan və Tayland kimi ölkələrə narkotik satışı ilə Eskobarın karteli məşğul olurdu. Pablo Eskobarın vardatı durmadan artırıdı. Gün ərzində 20 – 40 kiloqram narkotik satışı ilə məşğul olan Eskobarın karteli, narkotikin qramını ən ucuz halda 150 dollara satırdı. Bu şəkildə gün ərzində milyonlar qazanırdı. 1983-cü ildə öz biznesini daha təhlükəsiz idarə etmək məqsədi ilə millət vəkili seçilmək istədi. Həmin keçirilən parlamet seçiklərində parlamentə deputat kimi daxil oldu. Pablo Eskobarın deputat seçilməsi yerli qəzetlərdə qanunun Eskobar tərəfindən satın alınması kimi təqdim olundu. Yüksək vəzifəli dövlət məmurları ilə yaxşı münsibətdə olan Eskobar öz biznesini durmadan genişləndirirdi.
Maraqlı faktlar
Pablo Eskobarın adamları 200-ə yaxın müstəntiqin və 1000 yaxın polisin öldürülməsində günahlandırıldı. 1989-cu ildə bir jurnalist əlində Eskobarı həbs edəcək qədər dəlil olduğunu açıqladı. Həmin şəxs dəlilləri polisə gətirmək ücün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladılmışdır. Hadisə nəticəsində jurnalist də daxil olmaqla 110 nəfər həlak olmuşdu. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirmişdir. 1992-ci ildə onun haqqında axtarış verilmişdir. Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyirdi. Hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edən Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirmişdir.
Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970 – 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olmuşdur. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başladı. Medellin polisi Eskobarın bu şəhərdə gizlənməsi haqqında ətraflı məlumata sahib idi. Onun yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkmişdir. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olmuşdur. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxmışdır. Polisin çardağa atəş açması nəticəsində ağır yaralanan Pablo Eskobar hündürlükdən yıxılaraq ölmüşdür.
Futbola böyük marağı olan Eskobar həbsdə olduğu müddət ərzində, Kolumbiya milli futbol komandası ilə həbsxanada yoldaşlıq oyunu təşkil etmişdir. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməmişdir. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırmışdır. Bu səbəbdən əksər Medellinlilər onu müsbət şəxs kimi xarakterizə edirdilər.