“Segway” elektrik kreslo nəqliyyatını təqdim edib

Date:

Paylaş:

“Segway”şirkəti  S-Pod kreslosunun prototipini təqdim edib. Gizmodo yazır ki, o, 40 km/s gedə bilir, batareyası isə 70 km-lik yola çatır.

Onun “sürücüləri” artıq rahat otura bilərlər. Qeyd edək ki, köhnə modeldə bu mümkün deyildi – “sürücü” ya ayaq üstə dayanmalı ya da bədənini əyməli olurdu. Oturacağın sağ tərəfindəki diyircəklə kreslonu idarə etmək mümkündür.

Diyircəyi həm də ələ götürüb S-Pod-u məsafədən idarə etmək üçün də istifadə etmək olar. Diyircəklə rahat sürə bilməyən sürücülərə başqaları kömək edə bilər.

Qeyd edək ki, şirkətdən bildirilib ki, kreslo əlillər üçün deyil sağlam insanlar üçün nəzərdə tutulub.

 

 

“Segway” dən deyiblər ki, onlar S-Pod-u yaratmaq üçün “Jurassic World” fantastik amerikan filmindəki Gyrosphere-dən ilhamlanıblar.

The Verge yazır ki, S-Pod 2020-ci ilin  üçüncü rübündə ictimaiyyətə təqdim olunduqdan sonra satılacaq. Qiyməti isə bildirilməyib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...