Bu ilin “İxrac icmalı”nda xurma BİRİNCİ YERDƏ qərarlaşıb

Date:

Paylaş:

Bu ilin noyabr ayında xurma ixracından 37 milyon dollar əldə edilib.

“Bizplus.az” İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin açıqladığı icmala istinadən xəbər verir ki, 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor – 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları)  üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon dollar və ya 15%  artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7  milyon ABŞ dolları), Gürcüstana (19,1  milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları)  ixrac edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...