Nakamura Xirosi Yaponiyanin Tokio ərazisinə daxil olan Töfu şəhərindəki “Go” klubunun sahibidir. Bu ilin 26 mayında 101 yaşını qeyd edib.
İki il bundan qabaq özünün 103 ildir mövcud olan ayaqqabı mağazasını bağlayıb və yerində stolüstü oyunlar klubu açıb. İndi burada “Qo və şoqi” (yapon şahmatı) oynayırlar.
Qeyd edək ki, belə bir klub açmaq Nakamuranın uşaqlıq arzusu olub. Material planda nəyin faydalı olduğu məlum olmaya bilər, amma hər zaman və hər yaşda özünü sevdiyin işə həsr etmək xoşdur!
Bu addım, “Mənim artıq 30 (35,40) yaşım var və nəyisə dəyişmək üçün gecdir. Bu yaşda yeni işi necə öyrənəcəm?” deyə, düşünənlər üçün əsl yaxşı nümunə və həyat dərsi ola bilər.