Bir il əvvəl sıfır ixraca malik olublar. Bəs bu il?

Date:

Paylaş:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı qeyri-dövlət ixracatçı subyektlərin reytinqinin ilk onluğunda ciddi dəyişiklik baş verib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanmış reytinqin ilk onluğunda yer almış şirkətlərin 5-i bu il siyahıdan çıxıb. Belə ki,  “Kapitan Fruits” MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC və  “TST Export” MMC 2019-cu ilin yanvar-noyabr ayları üzrə hazırlanmış reytinqdə ilk onluqda təmsil olunmurlar. Bu şirkətləri “Socar Polymer” MMC, “Nine Climate” MMC, “Global Export Fruits” MMC, “Natural Fruit” MMC, “Caspian enerji-2020” MMC əvəz edib.

Siyahıdan çıxan şirkətlərin 11 aylıq ixracları 20,3 – 51,8 milyon dollar civarında idi.

2019-cu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda hər birinin 11 aylıq ixracı 22,5 milyon dollardan yüksək olan şirkətlər təmsil olunub. Ötən ilin analoji dövrü üzrə hazırlanmış siyahıda hər birinin 11 aylıq ixracı 20,3 milyon dollardan yüksək olan şirkətlər təmsil olunmuşdu. Ötən ilin 11 ayında 51,8 milyon dollar ixracı olan “Kapitan Fruits” MMC-nin, 31,1 milyon dollar ixracı olan “Azfruittrade” MMC-nin, 30,4 milyon dollar ixracı olan “Food Export Şəmkir” MMC-nin ilk onluqdan çıxması diqqəti xüsusi cəlb edir.

Ötən ilin 11 ayında ilk onluqda yer almış, bu ilin eyni dövründə isə onluqdan çıxmış şirkətlərdən “Kapitan Fruits” MMC, “Azfruittrade” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC və “TST Export” MMC 2017-ci ildə ixrac həyata keçirməmişdilər.

Bu il ilk onluğa daxil olmuş şirkətlərdən “Nine Climate” MMC, “Global Export Fruits” MMC və “Natural Fruit” MMC 2018-ci ilin 11 ayında ixrac həyata keçirməyiblər. 2019-cu ildə bu şirkətlərin ixraclarısıfırdan 22,5 milyon dollar və daha yüksək məbləğlərə qalxıb.

Yuxarıda adları çəkilən 5 şirkətin ilk onluqda bu il yer tutmamaları ya ixraclarının 22 milyon dollardan aşağı düşməsi, ya da bu il ixrac həyata keçirməmələri ilə bağlıdır. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hazırladığı qeyri-dövlət ixracatçı subyektlərin reytinqinin yalnız ilk onluğunu dərc edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...