Yeni iqtisadiyyatın bir sıra texnologiya şirkətləri var ki, uzun illərdir qazanc gətirmirlər və pul “yandırırlar”, amma bununla belə milyardlarla dollar dəyərləndirilirlər. Bəs bunun səbəbi nədir, bu, nə qədər davam edəcək və nə ilə nəticələnəcək?
Bazar analitikləri uzun illər şirkətləri standart göstəricilərlə dəyərləndiriblər: gəlir, EBİTDA, price to equity və başqa. Gəlirli olanına görə çox, faydasız olanına görə isə az pul verirdilər. Birdən dünyada nəsə baş verdi və uzun illər çoxlu pul xərcləyib gəlir gətirməyən yeni iqtisadiyyatın texnologiya şirkətlərində səhmdar ordusu sıraya düzülür. Onlar milyardlarla dollar xərcləyərək pay almağa hazır idilər. Həmin səhmdarlara misal olaraq, Crowdstrike, Slack, Uber, Grubhub-ı demək olar. Bu necə belə ola bilir?
İlk baxışdan günahkar kimi vençur fondler görünür. Onlar getdikcə daha yüksək bir dəyərləndirmə ilə kapitala daxil olurlar və raunddan raunda öz səhmlərinin həcmini artıraraq, hətta bəzən hansı məhsula yatırım etdiklərini də tam olaraq bilmədən piramida yaradırlar. Belələrinə ən yaxşı nümunələrdən biri “Theranos”dur. O, dünyaya qeyri-invaziv yolla qan analizindən ən dəqiq məlumatların əldə edilməsi texnologiyasını təqdim edirdi. Ona görə Silikon Vadisindən iri səhmdarlar gəlirdilər. Əslində startapın təkcə biznes-ideyası deyil, məhsulu da vardı. Amma belə münaqişəli tarixçələr az, uğurlu keyslər isə daha çoxdur.
Gənc şirkətlər istifadəçilərə keyfiyyətli, bahalı məhsulları ya havayı verirlər ya da onlara görə az pul alırlar. Belə oyunçular ənənəvi sənayeyə qədəm qoyanda qiymətlər aşağı düşür: taksilər ucuzlaşır, mağazadan çatdırılma qiymətləri və bank komissiyaları sıfıra doğru gedirlər. Və əslində belə olan halda həmin startaplar öncədən rəqiblərini məhv edərək iflasa uğramalıdırlar, amma onlar inkişaf etməkdə, istifadəçi cəlb etməkdə və bahalaşmaqda davam edirlər.
Yeni iqtisadiyyat üçün standart biznes dəyərləndirmələri işə yaramır, çünki o, böyük rəqəmlər iqtisadiyyatıdır. Yeni şirkətlər üçün sunk cost adlanan cari xərclər var – artıq həyata keçirilmiş və biznesin əməliyyat nəticələrinə çox da təsir etməyən prqoram işlərinə gedən xərclər. Bu, bahalı təhsilə edilın xərc kimi birşeydir, yəni sən bir dəfə pul xərcləyirsən və ardınca ancaq qazanc əldə edirsən.
Bir ildən də az bir müddətə milyonlar və hətta milyardlarla insan kütləsi qarşısına öz məhsulunla çıxa bilmək imkanından söhbət gedəndə ən bahalı işin belə qiyməti həll olunur. Apex Legends-in oyunçu sayı cəmi bir həftəyə sıfırdan 25 milyona kimi çoxalıb. Facebook-un 2,7 mlrd. istifadəçisi var. Bu, Çin əhalisinin sayından iki dəfə çoxdur. Tarixdə hələ heç vaxt şirkətlərin belə bir sürətlə məhsullarını çoxaltması imkanı olmayıb.
Bugün isə bu reallıq texnologiyalar, yeni infrastruktura və ekosistem sayəsindədir. Məsələn, App Store-da daha çox istifadəçiyə rəqəmsal məhsul satmaq üçün istehsala çox pul qoymaq lazım deyil. Ən yaxşı fintex-lər – Robinhood, Revolut, Monzo, BNext – ildə 1 milyon istifadəçi, 500 000 cəlb edirlər.
Bir vaxtlar proqram işlərinə gedən xərclər artıq komandanı narahat etmir, onun əsas xərcləri marketinqədir. Əsas göstəriciləri isə – istifadəçi cəlb etmək və inkişaf dinamikası üçün qiymətdir. Yeni şirkətlər başlanğıcda gəlir dalınca deyil, inkişaf dalınca qaçırlar və işlər yaxşı gedərsə, sonra unit-iqtisadiyyat dalınca gedirlər. Startap öz xidmətinə istifadəçi cəlb etmək üçün nə qədər pul xərcləyir? Nə qədər müddətə istifadəçini qoruyub saxlaya bilər? Məhsulu alanların sayı nə müddətə artacaq? Analitiklər çox tez-tez EBİTDA ilə, müştəri cəlb edilməsinin qiyməti və artımı ilə, həmçinin, həmin müştərinin verdiyi dəyərlə bağlı suallarla startaplara müraciət edirlər. Ən yüksək dəyəri gəlirli olan deyil, fərdi istifadəçidə uğurlu biznes-model və artım nümayiş etdirən qazanır.
Bilmək lazımdır ki, unit-iqtisadiyyat bir gün içində sevindirmir. Amma yeni iqtisadiyyat biznesə zamana görə yanaşmır. Şirkətin dəyəri bugünlə deyil gələcəyə görə müəyyən olunur. Facebook istifadəçi sayı yığdı və uzun müddət onlardan necə pul qazanacağını bilmədi. “Uber”in rəqəmləri robotaksilər geniş yayılanda arta bilər. “Beyon Meat” isə vegetarian ideyası kütləviləşəndə böyüyəcək.
İnvestorlar ənənəvi baxışlara qayıdıb yeni şirkətləri EBİTDA və gəlirlərə görə dəyərləndirməyə çalışacaqlarmı? Ənənəvi ölçülər belə səviyyəni ölçmək üçün uyğun gəlmirlər, onlar ekosistem effekti vermirlər. Çünki bəzi xidmətlər pulsuz təqdim olunurlar və başqalarının hesabına pullarını geri qaytarırlar.
Bu yəqin ki, bir “köpük”dür. Dotkom şarı bizə internetdən məlumdur. Texnologiya şirkətlərinin yeni biznes-modelləri isə bizə 10 il bundan qabaq gördüyümüz strukturdan kəskin şəkildə fərqlənən bir iqtisadiyyat strukturu saxlayacaqlar.