Mənzil mülkiyyətçilərinə hansı halda vergi güzəşti tətbiq olunacaq?

Date:

Paylaş:

Mənzil mülkiyyətçiləri 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzillərini satarkən vergidən azad idilərsə, bu müddət 3 təqvim ilinə endirilib.

Bizplus.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən  bildirilib ki, Vergi Məcəlləsində ediləcək bu dəyişikliklər sosial xarakterli güzəşt olmaqla, əhalinin maliyyə-vergi yükünün azaldılması məqsədini daşıyır. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadrtametrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadrtametrlik evini satan vətəndaş üçün 30 kadratmetr çıxılmaqla qalan 40 kvadrtmetrə görə vergi hesablanacaq. Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...