“Avesta Konserni” MMC-nin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) növbəti ildən yeniliklər olacağının anonsunu verib.
Bu barədə geniş danışmaq istəməyən Hacı İbrahim bildirib ki, 2020-ci ildən yeni layihələr təqdim edəcək:
“Şükür ki, işlərimiz qaydasına düşüb, problemlərimiz geridə qalıb. Hazırda üzərində işlədiyimiz layihələr var. Xarici investorlarla əlaqələrimizi genişləndirməyi düşünürük. Amma bu barədə geniş danışmaq istəmirəm. İnşallah yeni ildə bu barədə sizə daha təfsilatlı məlumat verəcəyəm”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, iş adamının milyardlıq, həm də qalmaqallı layihəsi olan “Xəzər adaları” müsadirə olunaraq, beşinci çağırış Milli Məclisin deputatı Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.