“Uber” şirkəti Pensilvaniyada pilotsuz avtomobillərinin sınağı üçün 9,5 mln. dollara 240 hektar yer alıb. Burada o, yol çəkəcək.
Yeni yolda müşahidə meydançası da inşa ediləcək. Poliqonda 200-ə yaxın adam işləyəcək. Digər təfərrüatları və həmçinin, yoldan nə vaxt istifadə edəcəklərini isə şirkət açıqlamayıb.
Satıcı “İmperial Land” şirkəti, alıcı isə “Three Rivers Holdings LLC” olub.
Qeyd edək ki, “Uber” pilotsuz avtomobillərin sınağını 2018-ci ilin dekabrında yeniləyib.