Azərbaycan xalçası hesabına varlanan yəhudi

Date:

Paylaş:

O, Rusiyanın 10 ən varlı adamından biridir. Azərbaycan, Ermənistan və Dağıstandan əl işi xalçaları alıb, sənət qalereyasına satmaqla sərvətini toplayıb. Növbəti mərhələdə təşəbbüs etdiyi neft sektoru ona uğur gətirib. Söhbət “Alfa Group”un sahiblərindən olan German Xandan gedir.

Zavodda çilingər işləyir

German Xan 1961-ci ildə Kiyevdə professor ailəsində anandan olub. Atası metallurgiya sahəsində məşhur mütəxəssis imiş. German məktəbi 1978-ci ildə bitirir. Yazılanlara inansaq, professor oğlu dərslərinə qarşı elə də məsuliyyətli şagird kimi davranmır. Çünki vaxtının çoxunu idmana sərf edirmiş. Ciddi şəkildə boksla məşğul olurmuş. Buna görə də məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunmur. Zavodda çilingər işləməyə başlayır. Zavodda işlədiyi bir il müddətində əlini deyil, başını işlətmək istədiyini anlayır. Sənaye-Pedaqoji texnikomuna qəbul olur. 1982-ci ildə əla qiymətlərlə təhsilini bitirir. Atasının məsləhəti ilə Moskva İnstitutunun metallurgiya fakültəsinə daxil olur.

Burada o, Mixail Fridman və Aleksey Kuzmiçevlə tanış olur, sonradan “Alfa-Qrup”da onunla iş ortağı olurlar.

Yeri gəlmişkən, təhsil aldıqları müddətdə Germanla Fridman elə də yaxın deyillərmiş. Sadəcə, vizual tanışlıq olur.

80-ci illərin sonunda kooperativlərin erası başlayır. 1988-ci ildə German “Kosmos” adlı koorporativdə işləyir. Mərkəzi Univermaqda ərazi kirayələyir və orada geyim və ayaqqabıların, eləcə də bijuteriyaların satışı ilə məşğul olur. Onun biznesdə ilk ortağı Dumanın hazırkı üzvü, siyasətçı Aleksandr Furman olur. O, “Kosmos”u Moskvanın bir neçə kooperativində tikilən geyim məhsulları ilə təmin edir. Bu müddətdə German “Poisk” kooperativində də işləyir. 1989-cu ildə Xan və Furman özlərinin şəxsi kooperativlərini – “Aleksandrina”nı yaratmağı qərara alırlar. Furman paltarların tikilməsi, German isə satış və təchizatla məşğul olur. Formal şəkildə kooperativin direktor müavini vəzifəsini icra edir. Bir müddət sona Furman ailə vəziyyəti səbəbindən biznesdəki payını satmağı qərara alır. Xan da təkbaşına biznesi davam etdirmək istəmir. Bu halda ortaqlar şirkəti simvolik qiymətə satırlar. Bundan sonar German Xanın gələcəyə dair planları qeyri-müəyyən olur. Hətta müsahibələrindən birində o, həmin müddətdə mühacirət etməyi belə düşündüyünü bildirib. Belə çətin günlərdə o, meydanda Fridmanla rastlaşır. Bir-birini xatırlayan sabiq universitet yoldaşları nə işlə məşğul olduqlarından söz açırlar. Həmin ərəfədə artıq Fridman “Alfa-Eko”nu yaratmışdı. Lakin tikiş biznesi ilə bağlı onu narahat edən bəzi suallar var idi. German Fridmana bu məsələdə kömək etməyə söz verir.

Beləliklə, onlar tez-tez ünsiyyətdə olurlar. Xüsusilə subay olmaqları birlikdə daha çox zaman keçirmələrinə gətirib çıxarır. Bununla da “Alfa”nın komandası formalaşır.

Azərbaycandan əl işi olan xalçaları alır

vahid ələkbərov
Vahid Ələkbərov və German xan

1990-1992-ci illərdə German Xan “Alfa-Eko”-nun topdansatış bölümünün, daha sonra ixrac şöbəsinin direktoru işləyir.

Gənc ortaqların ilk əməkdaşlığı xalça biznesi ilə başlayır. Biznes isə belə yaradılır – xüsusi adamlar Dağıstan, Ermənistan, Azərbaycana gedərək əl işi xalçalarını alır, Xan və Fridman isə xalçaları sənət qalereyalarına təhvil verirdi. Yayda xalçalara tələb az olduğundan biznes zəifləyirdi. Amma German buna da çarə tapır. O, texnologiya idxal etməyə başlayır. Bununla belə, ilk yeddi ildə “Alfa”nın fəaliyyətində xalça biznesi əhəmiyyətli yer tutur. Getdikcə “Alfa” böyük ticarət şirkətinə çevrilir. Çay, çex xrustalı, parfümeriya, kənd təsərrüfatı malları, qənd ticarəti və sair ilə məşğul olur.

Neft biznesi

Ortaqlar bir gün neft emalının daha gəlirli biznes olduğunu eşidirlər. 1992-ci ildə məhz German “Alfa”-nın neft proqramından cavabdeh olur. Bu proqram şikətin kapitalının 3/4 hissəsini təmin edir. 1995-ci ildə xam məhsul departamentini ona həvalə edirlər. 1996-cı ildə German Xan “Alfa-Eko”nun prezidenti olur. Şirkət neft emalı sahəsindəki uğurunun ardınca ixracla məşğul olmağa başlayır. 1998-ci ilin əvvəlində Tümen Neft Şirkətinin (TNK) birinci vitse-prezidenti olur. Bundan əlavə, TNK-BP-nin icraçı direktoru kimi fəaliyyət göstərir. Qaz sektoru istisna olmaqla, şirkətin bütün əməliyyatlarına nəzarət edir.

“Alfa Group” kimindir?

Hazırda “Alfa Group”a ABH Holdings Corp. (“Alfa-Bank”, “Alfa-Sığorta”), Alfa Finance Holdings SA (Turkcell, CTC Media, Inc), Altimo Holdings and Investments Ltd. (Meqafon, Kievstar, VımpelKom, Golden Telecom Inc.), X5 Retail Group, A1 Group Ltd., Russian Technologies Ltd. (sahibkarların hər birinin payı məlum deyil) daxildir.

Qrupun 3 əsas sahibi var. Onlar Mixayil Fridman, German Xan və Aleksey Kuzmiçevdir. Fridmanın özü etiraf edib ki, qrupun 40 faizi ona məxsusdur. German Xan şikətin Müşahidə Şurasının üzvüdür. Bundan əlavə, o, Alfa Finance Holdings S.A-nın (neft və maliyyə aktivləri) və ABH Holdings Corp. (bank qrupu) direktorlar şurasına daxildir. German Xan həmçinin 2013-cü ildə “Alfa-Goup” konsorsiumu tərəfindən yaradılan “L1 Energy”yə rəhbərlik edib. Şirkət beynəlxalq neft qaz sektoruna investisiyalarla məşğuldur. Hazırda o, şirkətin yanacaq qrupuna rəhbərlik edir. German Xan Rusiya Yəhudi Konqresinin Rəyasət Heyətinin üzvüdür. 2014-cü ildə “Alfa” Almaniyanın neft qaz şirkəti “RWE Dea”nı 5 milyard dollar ödəməklə əldə edib. Müqavilənin imzalanmasından sonra “RWE Dea” “LetterOne”nın ən böyük aksioneri sayılacaq.

Milyarderin adı “Forbes”də

German Xan Rusiyanın 200 ən varlı iş adamının siyahısında 11.3 milyard dollar sərvəti ilə 10-cu sırada yer alır. Onun ortağı Mixayil Fridman Rusiyanın ikinci ən varlı adamıdır. G.Xan “Forbes”də 2005-ci ildən təmsil olunur. Həmin ildə onun 3,5 milyard dolları varmış.

Ailəsi, şəxsi həyatı

İş adamının həyat yoldaşı ilə tanışlığı olduqca romantikdir. Onlar 1991-ci ildə təyyarədə tanış olublar. German həmin zaman İsrailə uçurmuş. Stüardessa onun xoşuna gəlir və iki il sonra onlar evlənirlər. Həyat yoldaşı Germandan 10 yaş kiçikdir. Onların iki oğlu və iki qızı var.

Milyarderin hobbisinə gəlincə, ovu sevir. Ova, əsasən, İsgəndər Mahmudov (milyarderlərin siyahısında 15), Petro Avenemlə (25-ci ) birgə gedir. İncəsənəti sevmir, amma Fridmanın royalda ifasını bəyənir. Bu haqda belə deyir: “Hər kəs musiqiçi ola bilmir”.

German Xan gündəmə gəlməyi sevməyən, cəmiyyətə açıq olmayan oliqarx hesab edilir.

Maraqlı ola bilər: Milyarder iş adamı İsgəndər Xəlilov kimdir?

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...