“Counterpoint Research” analitikləri dünyada ən çox satılan smartfonların siyahısını açıqlayıb.
Bizplus.az bildirir ki, 2019-cu ilin 3-cü rübündə ən çox satılan modeli “iPhone XR” olub. Bu smartfon dünya üzrə satışların 3%-nə yiyələnib. “Apple”ın başqa bir modeli – “iPhone 11” 5-ci yeri tutub.
Reytinqin ikinci və üçüncü pillələrində 2.6 və 1.9 satış faizləri ilə “Samsung A10” və “Samsung A50” yerləşiblər. “Samung Galaxy A20” isə 7-ci yerdədir.
Bunlardan başqa populyar smartfonlar sırasına “Oppo A9”, “Oppo A5s”, “Oppo A5”, “Xiaomi Redmi A7” və “Huawei P30” daxildirlər.
Ümumilikdə yuxarıda adı çəkilən 10 smartfon dünya üzrə satışların 17%-ni təşkil ediblər.