Yasamal Rayon Məhkəməsi “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 6 500 manat inzibati cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə yazdığı protokola əsasən təqsirli bilinib.
Qeyd edək ki, bu əmələ görə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2019-cu il tarixli qərarından “Araz Supermarket” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
“Araz” supermarketlər şəbəkəsinin Bakı, Sumqayıt, Xırdalan və respublikanın bir sıra şəhərləri də daxil olmaqla 100-dən artıq filialı var.