Travis Kalanicki şirkətdəki diskriminasiya, cinsiyyətci mədəniyyətinə görə şirkətdən qovan idarə heyəti, 2017-ci ildə CEO üçün qərarını vermişdi.
Həmin xəbərdə deyilirdi ki, səyahət saytı Expedia-nın CEO-su Dara Xosrovşahi artıq Uberi idarə edəcək.
Budu ABŞ a immiqrant kimi gələn Xosrovşahinin başından keçənlər.
Silikon vadisinin ən dəyərli startupı olan Uberin idarə heyəti yeni CEO vəzifəsini Dara Xosrovşahiyə təklif etmişdi. Şirkət Xosrovşahinin təklifi qəbul etdiyini 30 Avqust 2017 ci ildə açıqlamışdı.
Hazırda 50 yaşında olan idarəçi, həm çətinliklə, həm də motivasiya ilə dolu həyat hekayəsinə sahibdir.
60 milyard dollar qiymətləndirilən, Silikon Vadisinin ən dəyərli şirkətinin başında oturan Dara Xosrovşahini isə asan günlər gözləmir.
Ancaq bu günə qədər etdiklərini oxuyanda, Uber yolculuğunun ona görə çox da çətin olmayacağını düşünmək olar. İrandan olan Xosrovşahi hazırda 51 yaşında ABŞ vətəndaşıdır.
İranın varlı ailələrindən birində anadan olan Xosrovşahinin ailəsi dərman, kimyəvi, qida və paylama sahəsində böyük bir şirkətə sahibdir. İran çevrilişi vaxtında dövlət şirkətə əl qoydu və milləşdirdi. Ailəsi isə ölkədən qaçmaq məcburiyyətində qaldılar. 9 yaşında ABŞ-a gələn Dara İranlı immiqrant idi.
Ailəsi Hudson çayının qərb tərəfində Manhattanın 40 kilometr şimalında Tarrytown adlı bir qəsəbəyə köçdü.
Xosrovşahi və əmioğluları Ivy liqasındakı özəl bir məktəb olan Hackley Schoola qeyd olundular. Bu məktəbin köhnə şagirdləri arasında George Hamilton və neft milyarderi Fred Koch Kimi isimlər var idi.
Xosrovşahi bu illəri “Böyüklər üçün çətin keçmiş vaxtlardı, amma biz uşaqlar bərabər parti verirdik və çox əylənirdik” deyərək xatırlayır. Əmisi Həsən Xosrovşahi isə İranda qaçarkən ABŞ Yerinə Kanadaya getdi və özünə sıfırdan biznes qurdu. Qardaşı Kaveh Xosrovşahi isə Allen&Co adlı investisiya bankında idarəçi direktor olaraq işləyir.
İranda isə vəziyyət çox yaxşı olmadı. Xosrovşahi 13 yaşında olanda atası öz atasını görməyə İrana getdi və 6 il ölkədən çıxışına icazə verilmədi.
Ivy Liqasındakı Brown Universitetində Elektrik mühəndisliyinin bitirən Xosrovşahi karyerasına maliyyədən başlayıb.
1990-cı illərdə Alley-Co da işləyən Xosrovşahi, şirkətin məşhur Sun Valley konfransına hələ də qatılır.
Daha sonra USA Networks də idarəçi oldu və ilk internetdən nəşr tədqiqatlarını başlatdı. Bu təcrübədən “Mən tamamilə səriştəsiz idim. İnternetdə yayımlanan məzmunun dəyəri reklamdan daha yüksək idi. Nə qədər yaxşı iş görsən, bir o qədər itirdin”,- deyib.
Bu ifadənin təvazökarlığına baxmayaraq, “səriştəsiz” olaraq görülmədi. USA Networks və Home Shoppingin sahibi, media simvolu Barry Diller-in himayəsində onun varisi idi.
USA Networks adını InterActive Corp (IAC) olaraq dəyişdirdi və 2001-ci ildə Diller və Khosrowshahi Expedia-nı Microsoft-dan 1,3 milyard dollara satın alan bir müqavilə bağladılar.
Satın alma ilə bağlı “əl sıxışdırıldıqdan” iki ay sonra, razılıq şərtləri daha yerinə yetirilmədən 9 sentyabr 2001-ci il hadisələri yaşandı. 3000 nəfərin ölümü ilə nəticələnən faciə turizm sənayesinə də ciddi zərbə vurdu.
Xosrovşahi o günləri belə təsvir edir: “Razılaşmadan çıxmaq şansımız var idi. Amma Barry insanlar yaşamağa və səyahət etməyə davam edəcəklər, buna görə də çəkilmirik”,- dedi.
IAC, 2005- ci ildə Expediayı ayrı bir şirkət edib Dilleri başçı, Xosrovşahini isə CEO təyin etdi. Buna qədər isə o, IAC-ın maliyyə və strategiya sahəsində ən nüfuzlu ada sahib idi.
O vaxtdan bəri, Expedia şirkətininin adı altında Hotels.com, Orbitz, Trivago, HomeAway və Travelocity kimi markalara CEO-luq etdi. Ötən 12 ildə Expedia ABŞ-ın ən böyük turizm agentliyinə çevrildi.
Expedia-nın idarə heyəti o qədər məmnun qaldı ki, onlar onu 2015-ci ildə 91 milyon dollarlıq paya layiq gördülər.
Həmin dövrdə illik əmək haqqı 4 milyon dollar olan Xosrovşahi, aldığı mükafatları da nəzərə alaraq, S&P siyahısında öz adını 2015-ci ilin ən çox qazanan menecer olaraq qoydu.
Əlbəttə, Expedia bu səhmləri verməklə ağıllı bir qumar oynadı. Beş il ərzində səhmlərin paylanması Xosrovşahini şirkətdə saxlamaq idi.
Əgər o, 2020-ci ilə qədər şirkətdə qalsaydı və ya Expedia-nın səhm dəyəri 170 ABŞ dollarından çox olsaydı, daha böyük bir pay da onun olacaqdı.
Bəzi mənbələrə görə, Xosrovşahi 180 milyon dollarlıq qazancından imtina edib, Uber-ə keçib.
Əlbəttə ki, təxminlərə görə, Uber də ona qazanc baxımından ciddi bir təklif edib.
Bu günə qədər ilk investorlarından bəzilərini milyarder edən şirkət, Xosrovşahini də milyarderlər siyahısına sala bilər.
Xosrovşahi, rahat şəxsiyyətdir. Prezident Donald Trump-ın immiqrasiya qadağasını və Charlottesville hadisələrinə münasibətini açıq şəkildə media qarşısında tənqid edəcək cəsarətə sahibdir. Hətta dəfələrlə Trump-ın uğursuz olacağına dair tvitlər atıb.
Şirkət rəhbəri olaraq, şirkətdən qovulan və işdən azad edilən Uber-in həmtəsisçisi Travis Kalanick -ə isə tamamilə əks insandır, dostcanlı, sakit və dramdan uzaq olduğu bilinir.
Expedia işçiləri ona Glassdoor-da səslərin 94 faizini verdilər.
Başqa sözlə, onu lider kimi qəbul etdiklərini və dəstəklədiklərini göstərdilər. Bundan başqa o, bir texnologiya həvəskarıdır. Onun hobbilərinə World of Warcraft oynamaq daxildir. Həmçinin, Amazon Alexa kimi səsli köməkçi texnologiyaların gələcəyi dəyişdirəcəyini düşünür. 2012-ci ildə Sidney Şapiro ilə evləndi. Cütlər özlərini fantastika xəstəsi kimi təsvir edirlər. Las Veqasda evlənən cütlüyün dörd övladı var.
Facemark