Uğurlu frilanser olmağın beş sirri

Date:

Paylaş:

„Frilans“ anlayışı leksikonumuza nisbətən tezliklə daxil olmağına baxmayaraq, artıq çox populyarlaşıb və aktiv şəkildə istifadə edilir. Sən, əlbəttə, onun mənasını bilirsən, lakin bir daha yadına salmaq istəyirik ki, “Freelance” sözü hərfiyyən „sərbəst nizə“, yəni „sərbəst döyüşçü“, „muzdlu əskər“ kimi tərcümə olunur.
Mənasını dilimizə tərcümə edəndə “sərbəst işçi” alınır. Yəni, hansısa bir peşə sahibi hər hansı bir şirkətdən asılı olmadan evində olaraq müstəqil işləyir. Belə sistemlə işləyənlər adamlara da “frilanser” deyirlər. Onların əksəriyyətini yaradıcı peşələr, IT və reklam sahələrinin nümayəndələri təşkil edir. Son zamanlarda isə mühəndislər, müəllimlər, menecerlər və məsləhətçilər də onların nümunəsinə əməl etməyə başlayıb.
Bəs uğurlu “frilanser” olmağın sirləri nədən ibarətdir? Bunun üçün mövcud beş qızıl qaydanı sizə təqdim edirik:
1. Hər zaman əlçatan ol
Müştərilər müxtəlif olur: biri sadəcə zənglə və ya elektron poçt vasitəsilə səninlə əlaqə saxlayır, digəri isə səni Skype, WhatsApp və ya Telegramda hər zaman onlayn görmək istəyir. Əslində frilanser üçün də bu cür işləmək rahatdır, çünki suallar yarandığı zaman dərhal aydınlaşdırmaq imkanı olur. Bununla da sən zamana qənaət etmiş və hər hansı anlaşılmazlığı aradan qaldırmış olursan.
Elə hallar olur ki, sən mətndə düzəlişlər etməli olursan. Misalçün, müştərinin göndərdiyi müqavilənin orijinalında səhv olur və sən təcili olaraq öz tərcüməndə müvafiq dəyişiklik etməlisən. Bu cür hallarda operativ əlaqəsiz keçinmək mümkün deyil.
Eyni zamanda hər müştəri ilə iş həcmini və əməkdaşlıq şərtlərini mütləq əvvəlcədən danışmalısan!

2. Öz iş cədvəlini qur

 
Hətta ən şüurlu insan intizam olmasa tənbəllik etməyə başlayacaq. Cədvəl istər iş gününün səlis quruluşu, istərsə də stimulun saxlanılması baxımından çox vacibdir. Öz gününü elə başla ki, sanki sən evdə deyil, ofisdəsən: səhər gec oyanma, kompüteri aç və sosial şəbəkələrin tələsinə düşməmiş öz işini görməyə başla. Mütləq sənin üçün optimal olan ritmi qurmağa çalış və sənin üçün real olan hədəflərə köklən. Dincəlmək üçün özünə vaxt ayır, çünki təcili və həcmli işin olanda normadan artıq çalışmalı olacaqsan.
Digər məqama da toxunmaq lazımdır. Evdə işlədiyin zaman işin şəxsi həyatına daxil olması təhlükəsi yarana bilər. Bunun üçün mütləq dəqiq sərhədlər qoymalısan, əks halda elə təsəvvür yaranacaq ki, sanki sən həmişə işdəsən.

3. Yeni əlaqələr qurmağa çalış

Sənin kimi yeni başlayan frilanserlərlə əlaqədə ol. Bu, sənin üçün gərəkli məlumat mənbəyidir. Müxtəlif platformalarda sənin sahəndə çalışan uğurlu insanlarla ünsiyyət qur və işinlə bağlı olan treninq, konfrans və ya seminarlara qatıl.
Uzunmüddətli təcrid olunma stimulu və müvafiq olaraq səmərəliliyi azaldır. Əgər sənin işin insanlarla gündəlik kontaktı tələb etmirsə, sən özün hər hansı formada ünsiyyətin qurulması haqqında düşünməlisən. Öz məsləkdaş, müştəri və partnyorlarınla müntəzəm görüşlər təyin et. Uzaqda yaşayan tanışlarınla əlaqəni itirməmək üçün Linkedin kimi sosial platformalardan istifadə et. Gördüyün işlər haqqında insanları xəbərdar et, göz önündə ol! Bu, təkcə karyeran üçün deyil, həmçinin sənin psixoloji vəziyyətin üçün faydalıdır.

4. Rəyləri topla

Bütün frilanserlər üçün müsbət rəyləri və önəmli sifarişçilərin zəmanət məktublarını toplamaq olduqca vacibdir. Sifarişçilərdən bu cür məktubların təqdim edilməsini xahiş etməkdən çəkinmə – bu, normaldır. Müasir dünyada çoxları bu rəylərə əsaslanır. Hər hansı sifarişi vermədən əvvəl müştərilərin əksəriyyəti işin icraçısı haqqında fikirləri oxuyurlar. Məhz bu səbəbdən sosial şəbəkələrdə və ya professional resurslarda olan profillərində özün haqqında məlumatları yerləşdirməkdən çəkinmə.

5. Bazardakı qiymətləri izlə

Yeni başlayan frilanserlərin ən böyük səhvlərindən biri dempinqdir. Qəpik-quruş üçün hər hansı işdən yapışma. Bununla sən nəinki həmkarlarını qəzəbləndirə, eyni zamanda müştərini çaşbaş sala bilərsən. Orta qiymətləri əvvəlcədən öyrən. Unutma ki, əmək haqqını müəyyən etmək üçün xərclərini deyil, bazardakı dəyərini nəzərə almalısan.

Əsas prinsiplər qısaca

Etməli olduqların:
  • Cədvəl qur və ona riayət et.
  • Stimulu qorumaq üçün fikrini hər günün nailiyyəti ətrafında cəmləşdir
  • Özünə iş məkanı ayır və yaxınlarına iş saatlarında əlçatmaz olduğunu izah et.
Etməməli olduqların:
  • Bütün gün fasiləsiz çalışma – əks halda stimul və məhsuldarlıq aşağı düşəcək.
  • Özünü təcrid etmə – evdən uzaqlaş və həmkarların və ya partnyorlarınla ünsiyyətdə ol.
  • Həm həmkarlarına, həm də rəhbərliyinə müntəzəm olaraq gördüyün iş haqqında hesabat verməyi unutma; ofisdən kənarda olsan da hər zaman göz önündə ol.
Etməməli olduqların:
• Bütün gün fasiləsiz çalışma – əks halda stimul və məhsuldarlıq aşağı düşəcək.
• Özünü təcrid etmə – evdən uzaqlaş və həmkarların və ya partnyorlarınla ünsiyyətdə ol.
• Həm həmkarlarına, həm də rəhbərliyinə müntəzəm olaraq gördüyün iş haqqında hesabat verməyi unutma; ofisdən kənarda olsan da hər zaman göz önündə ol.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...