ABŞ-ın Ayova ştatının Charles City şəhərində avtomobil sürən 18 yaşlı Gael Salcedo qəfildən idarəetməni itirib.
Bizplus.az bildirir ki, buzlu yolda sürüşən avtomobil çaya düşüb. Özünə gələndə ətrafa baxan gənc Winnebago çayına düşdüyünü anlayıb.
“Harada olduğumu, hara getdiyimi bilmirdim. Nə etməli olduğumu da. Düşünə biləcəyim tək şey ölmək üzrə olduğumu bilməyim idi”, – deyə gənc bildirib.
Gənc əvvəlcə nəqliyyat vasitəsinin şüşələrini endirib. Ancaq heç kim onu eşitməyib.