“Qiwi” maliyyə qrupunun həmtəsisçisi Sergey Solonin baş direktorluqdan gedir. Bu vəzifəni 2012-ci ildən icra edirdi. 2020-ci ilin 15 yanvarından bu postda onu “Qiwi”nin həmtəsisçisi Boris Kim əvəz edəcək. Bu barədə şirkət özü məlumat verir.
Solonin isə direktorlar şurasının sədri vəzifəsini tutacaq. “Qiwi”də bildirilib ki, Solonin yeni biznes modellərin inkişaf etdirilməsi ilə məşğul olacaq.
Qeyd edək ki, Solonin “Qiwi”nin ən böyük səhmdarıdır və səslərin 64,6%-i ona məxsusdur.