“Yahoo”nun eks-rəhbəri Marissa Mayer yeni tətbiqlər dəstinin işlənib hazırlanması üzərində çalışır. Həmin tətbiqlər sayəsində süni zəkanın köməyi ilə gündəlik tapşırıqları daha sürətlə icra etmək mümkün olacaq. Bunu, Mayeri-in sözlərinə istinadən Business Insider xəbər verir.
“Lumi Labs” adlı bu startap 2018-ci ilin martında təqdim edilsə də, o vaxtdan onun haqqında demək olar ki, heç bir məlumat verilməyib.
Şirkət artıq “Holiday Helper” xidmətini istifadəyə verib. O, istifadəçiyə bayram və ad günlərini yadda saxlamaqda kömək edəcək. Hələ ki xidmət desktop-versiyada işləyir.
İstifadəçi “Holiday Helper”ə elektron poçt ünvanlarını yükləyə və onlardan qəbuledən tərəfə məktub yollayıb, həmin məktubda özləri haqqında formanı doldurmalarını onlardan istəyə bilər. Cavab alan kimi xidmət, cavab verənlərin hamısı haqqında avtomatik olaraq .csv formatında sənəd yaradacaq.
“Əksər texnoloji şirkətlərin insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün süni zəkadan istifadə etdikləri bir vaxtda, Lumi Labs startapı insanların vaxtını aparan gündəlik tapşırıqların tapılıb avtomatlaşdırılması naminə çalışır” – deyə, Mayer “Fast Company” mətbuatına bildirib.