ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni İlqar Sahil olub.
Müğənni canlı efirdə veriliş formatı olaraq yumor məqsədi ilə hazırda Amerikada yaşayan Elariz Məmmədoğluna zəng edib və nəticədə maraqlı dialoq alınıb.
Elariz Məmmədoğlu Amerikadakı fəaliyyətindən söhbət açıb:
“2-3 aya Bakıya gələcəm. Dönərxana açmışam. Burada corat qutabı vermək üçün dəvə əti lazımdır. Ona görə də camaatı aldada bilmərəm. Amma türklərdən halal ət alırıq, dönər və şiş kabab satırıq. Yaxşıdır hər şey.”