Qadağan olunmuş bəzi texnologiya və cihazlar

Date:

Paylaş:

Yaradıcılıqla qanunvericilik arasında sərhəd olmalıdırmı? Əlbəttə ki, olmalıdır. Qanun insanların hər bir sahə üzrə fəaliyyətini nizamlamalıdır, əks halda xaos yaranar.

Gəlin fərqli ölkələrdə qadağan olunmuş bəzi ixtiralara və texnologiyalara nəzər salaq:

Təbiəti dəyişməyə qoyulan qadağa

Bir çox ölkələrdə havaya müdaxilə qəti şəkildə qadağan edilib. Bu,həmin ölkələrin hökumətlərinin qlobal istiləşmə (hərçənd bunun dövri səbəblərinə işarə edən nəzəriyyələr mövcuddur) probleminə görə ciddi narahatlıq yaşamalarına görə olunub.

Amma Harvard universitetindən olan bir neçə alim deyəsən bu problemin həll yolunu tapıb. Belə ki, onlar  buna kükürd turşusu damcıları ilə stratosferin “partladılması” yolu ilə nail olublar. Bu proses nəticəsində sulfat hissəcikləri ayrılaraq “güzgü” əmələ gətirirlər. O da qismən günəş şüasının nüfuz etməsinin və nəticədə isə istiləşmənin qarşısını alır. Amma atmosferə məhz belə bir müdaxilə qəbuledilməz olduğuna görə, ondan imtina olunmuş və qanuni qaydada qadağan edilmişdir.

İspaniyada lazer şüalarına qadağa

Dələduzların futbol stadionlarında və digər kütləvi məkanlarda lazer şüalarından istifadə etmələri nəticəsində çoxlu xoşagəlməz halların yaşandığının şahidi olmaq mümkündür. Amma İspaniyada hökumət onun qadağan olunması ilə bağlı müəyyən ölçülər götürmək məcburiyyətində qalıb.

Məsələ burasındadır ki, bəzi xuliqanlar lazerlə eniş edən təyyarələrin kabinəsinə işıq salıblar və hətta pilotların kor edildiyi hallar da olub. Nəticədə 21/2003 qanunu hava limanlarına yaxın ərazilərdə lazerlərin istifadəsinə qadağa qoyur və qanunu pozanlar həm inzibati həm də cinayət məsuliyyətinə cəlb olunurlar.

Google Street View

Google-un  bu möhtəşəm aləti Hindistanda qadağan olunub. Bu cihazla gadget-in ekranı vasitəsilə demək olar ki, planetin hər bir nöqtəsinə baş çəkmək mümkündür.

Amma Hindistan hökuməti belə hesab edir ki, hərbi qulluqçuların və dövlət adamlarının üzlərinin qarışıq düşməsinə belə baxmayaraq, xidmət milli təhlükəsizlik üçün problem yaradır. Buna görə də Hindistan ərazisində landşaft və tikililərin Google qeydiyyatından  imtina olunub.

BlackBerry

Bu smatfonların Səudiyyə Ərəbistanı, BƏƏ, İndoneziya, Hindistan kimi ölkələrdə istifadəsi və satışı qadağan edilib.

Əsas problem isə ondan ibarətdir ki, Kanada şirkətinin bu smartfonları istifadəçinin gizliliyi üçün bütün məlumatları şifrələyir, müvafiq olaraq, hökumətlər nə ismarıclara, nə məkana, nə də digər məlumatlara nəzarət edə bilmirlər.

Formula 1 yarışında dartmaya nəzarət qadağası

 

Müasir avtomobilləri təhlükəsizlik yastığı, ABS (antiblok sistemi) və ya dartma nəzarəti (ASR) olmadan təsəvvür etmək mümkün deyil. Bəs ASR-in Formula 1 yarışında qadağan olunduğunu bilirdinizmi?

Təbii ki, bu qanuni səviyyədə edilən qadağa deyil, sadəcə maraqlı bir faktdır. 2003-cü ildə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 yarışlarında dartma nəzarətindən istifadəyə qadağa qoyur.

Bu, hər şeydən öncə, yarış üçün əyləncə xarakteri daşıyırdı. Bəzi komandaların bu qərara qarşı çıxmalarına baxmayaraq, o qəbul olunur. Qeyd edək ki, həmin komandalar qərara qarşı çıxmalarını qəza riskinin artacağı ilə əlaqələndirirdilər.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...