Sosial işçi mexanizmi ilə bağlı YENİLİK

Date:

Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan sosial işçilər tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanların evlərinə gedərək, onlara xidmət göstərir. Bu mexanizm daha da təkmilləşdiriləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
“Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, il ərzində təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində xidmət göstərilir:

“Hazırda bu istiqamətdə yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək”.

S.Babayev qeyd edib ki, nazirliyin tərkibində 15 növ sosial xidmət var.

“Pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük dəstəkdir. Bu şəbəkə bütün rayonları əhatə etməlidir”, – deyə nazir vurğulayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...