Böyük artım. Azərbaycanın ticarət saldosu $4,53 milyarda çatıb

Date:

Paylaş:

2019-cu ilin yanvar-oktyabr aylarında Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları ($), o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.

Bunun da nəticəsi olaraq ölkənin 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Qeyd edək ki, cari ilin sentyabrına qədər bu rəqəm nəticədə 4 milyard 81,2 milyon dollar idi.

Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər – 45,6 faiz, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6 faiz, çay – 7,1 faiz, meyvə və tərəvəz konservləri – 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2 faiz, pambıq lifi – 52,4 faiz, emal olunmamış alüminium – 29,1 faiz, polietilen – 10,1 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 12,9 faiz artmış, təzə tərəvəz ixracı isə 7,3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 18,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,5 faiz, qara metallardan yarımfabrikatlar – 17,5 faiz, qara metallardan borular – 82,7 faiz azalmışdır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz, çay – 2,1 faiz, kartof – 36,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,0 faiz, mal əti – 3,2 faiz, təzə tərəvəz – 30,0 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 29,4 faiz, mineral gübrələr – 33,6 faiz, hesablama maşınları, blok və qurğuları – 42,1 faiz, rezin şinlər – 15,6 faiz, avtobuslar – 2,5 dəfə, mebellər – 3,2 faiz, məişət kondisionerləri – 1,6 dəfə, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 20,8 faiz, paltaryuyan maşınlar – 10,1 faiz, qara metallardan künclüklər – 19,5 faiz artmış, siqaret idxalı isə 52,2 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan çubuqlar – 18,4 faiz, sement və sement klinkerləri – 20,6 faiz, məişət soyuducuları – 14,0 faiz azalmışdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...