Bloomberg-in versiyasına görə Koreyanın “Have & Be” və “Dr.Jart+” kosmetika brendinin yaradıcısı ChinWook Lee milyarderlər siyahısına düşüb.
Agentlik yazır ki, Lee-nin sərvəti 1 milyard dollara çatıb. Bu, 2019-cu ilin noyabrında “Estee Lauder” kometika istehsalçısının “Have & Be”nin üçdə iki hissəsini təxminən 1,1 mlrd. dollara almaq qərarı barədə bildirdikdən sonra olub. Tərəflər ilin sonuna kimi əməliyyatı bitirməyi düşünürlər.
Qeyd edək ki, amerikan kosmetika şirkəti “Estee Lauder” “Have & Be”nin biznesini 1,7 mlrd. dollar dəyərləndirir.