İran prezidenti Həsən Ruhani qlobal internetin milli suveren şəbəkə ilə əvəzlənəcəyi barədə bildirib. Bunu Cnet xəbər verir.
Qeyd edək ki,noyabrda İranın hökumət dairələri neftin qiymətinin bahalaşmasını elan ediblər. Bu isə Tehranda qarışıqlıq yaradıb. Onun qarşısını almaq üçün hökumət interneti faktiki bağlayıb. Bir həftədən sonra İranın təhlükəsizlik qüvvələri etirazçıları sakitləşdirməyə nail olub və internet ölkə üzrə tədricən bərpa edilib.
Prezident ölkə parlamentində bildirib ki, İranın Milli Məlumat Şəbəkəsi sayılan intranet o qədər əhatəli olacaq ki, insanlar informativ tələbatlarını ödəmək üçün xarici şəbəkələrə ehtiyac duymayacaqlar.
Daha güclü bir intraşəbəkənin yaradılması İran hökumətinə internetə çıxışı bağlamağa, iranlılara isə özlərinə iqtisadi zərər dəymədən dünyadan uzaq düşməyə imkan verə bilərdi.
İntranet İran hökumətinə iranlıların hansı saytlara baxa bilmələri barədə seçim imkanı verəcək.
Layihənin texniki detalları barədə isə Ruhani bir söz deməyib.