“Twitter” şirkətinin qurucusu öz sosial şəbəkə hesabında yazıb ki, sosial şəbəkələr üçün mərkəzləşdirilməmiş standartın yaradılması ilə məşğul olan kiçik azad proqramçılar komandasına pul ayıracaq.
Layihə “Bluesky” adlanır, onun üçün hələ ki komanda yığılmayıb. Bluesky ya mövcud mərkəzləşdirilməmiş standartlardan birini istifadə edəcək ya da özününkünü sıfırdan işləyəcək.
Şəbəkə belə hesab edir ki, layihə komandası təkcə sözügedən məsələ ilə məşğul olmayacaq, həm də vətəndaş cəmiyyəti liderlərini, araşdırmaçıları, şirkətləri birləşdirəcək bir cəmiyyət də yaradacaq. “Twitter” özü də gələcəkdə bu standarta qoşulacaq.
Bu addım sosial şəbəkələr üçün etibarsız məlumatların yayılması kimi problemlərin həllində faydalı olacaq. Bundan başqa o, sağlam ünsiyyəti təmin edəcək açıq məsləhətlər alqoritmlərinin qurulmasına şərait yaradacaq.