İşdə uğur qazanmağın 12 sirri

Date:

Paylaş:

Biz hər birinin öz sosial şəbəkə hesabı olan “selfi nəslinin” nümayəndəsiyik, lakin özünüdərk məsələsində bizi maraqlandıran əsas sual “görkəmim necədir?” deyil, “davranışım necədir?” olmalıdır.
Əksər insanlar güvənimizin səriştəmizdən irəli gəldiyindən, səriştəmizin isə güclü tərəflərimizi inkişaf etdirməyimiz və zəif tərəfimizin bizim hərəkətlərimizə etdiyi təsirin azaldımasından asılı olduğuna inanır.
Biz səni öz güclü və zəif nöqtələrini aşkara çıxarmağın, eləcə də işdə uğur qazanmağını şərtləndirən elmi cəhətdən sübut olunmuş amillərə diqqətini artırmaq üçün atıla biləcək 12 addımla tanış edəcəyik. Bu məlumatları biz öz işini dərindən bilən Dr. Tomas Chamorro-Premuzic və Adam Yearsley kimi mütəxəssislərdən almışıq.

1) Özünütanıma əsasdır

Öz güclü və zəif tərəflərin haqqında məlumatın nə qədər çox olarsa, gələcək karyera seçiminin düzgün olması ehtimalı bir o qədər çox olar. Nəticədə sən öz işini çox sevəcək, öz işini daha yaxşı görəcək və öz işində daha uzun müddət çalışacaqsan. Başqa sözlə desək, özünütanıma olduqca zəif qiymətləndirilən istedad gücləndiricisidir. O, sənin dəyərlərinlə bacarıqlarını uyğunlaşdırmağa kömək edir.

2) Özünün güclü və zəif tərəflərini bil

Yalnız güclü tərəflərinə diqqət yetirməyin daha cəlbedici görünsə də, bu məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Tədqiqatların böyük əksəriyyəti göstərir ki, xüsusən də bacarıqlarına və ətrafdakıların bacarıqlarına mənfi təsir edən güclü və zəif tərəflərin üzərində işləməyin vacibdir.
İşdə uğur qazanmağın 12 sirri

3) Qərəz haqqında

Tədqiqatlar göstərir ki, biz öz bacarığımızı orta hesabla 20-30 faiz şişirdirik. Buna “qərəzli özünümükəmməlləşdirmə” fenomeni deyilir. Qərəzin əsas xüsusiyyəti nəinsə yaxşı alınmasını özümüzün fəaliyyətinə bağlamağımızdır. Buna görə öz fəaliyyətimizi kənardan, yəni başqasının nəzəri ilə qiymətləndirməli və ya psixoloji qiymətləndirmədən istifadə etməliyik.

4) Boşluqları doldur

İnsan öz niyyət, istək və düşüncələrinin cəmidir. Davranışımız nəyi göstərir? Sən pozitiv ola bilərsən, yəni “Mən həyəcanla yaşamağı və risk etməyi xoşlayıram” düşüncələri ilə yaşaya bilərsən. Lakin bu zaman sənə düşünülməmiş addımlar atan etibarsız insan kimi yanaşa bilərlər. Digərlərindən daha yuxarı inkişaf səviyəsinə yüksələn insanlar öz güclü və zəif nöqtələrindən xəbəri olub öz bacarıqlarına düzgün qiymət verənlərdir.
Boşluqları doldur

5) Motivasiyaya daha yüksək qiymət vermək lazımdır

Adətən insanlar böyük bir problemlə üzləşməyincə və ya pis bir halla rastlaşmayınca heç kəs özünüdərk haqqında düşünmür. İnsanlar əsasən iki səbəbə görə dəyişmək istəyir: bacarıqsızlıqdan əziyyət çəkməmək üçün və ya gələcəyin parlaq mənzərəsinə uyğunlaşmaq üçün. Hər iki səbəb güclü motivasiyadır.

6) SMS-lə başla

Tərəfdaşlarından, dostlarından, ailəndən və ya həmkarlarından sənə səni xarakterizə edən beş sözdən ibarət SMS və ya WhatsApp mesajı göndərməyini xahiş edin. Bu sözlərdən biri sənin zəif nöqtən haqqında olmalıdır. Aldığın mesajlar təccübləndirici və çox faydalı olacaq.
İşdə uğur qazanmağın 12 sirri

7) Öz güclü tərəfini anlamağın üçün beş sual

• Nəyin təbii göründüyünü və asanlıqla əldə edilə biləcəyini düşünürsən?
• Son bir neçə ayda ən yaxşı iş gününü yadına sal. Səni ruhlandıran səbəb nə idi?
• Digərləri sənin hansı işini bəyəndilər?
• Son iki ildə işdə qazandığın uğur nə olub və bunun səbəbini nədə görürsən?
• Gördüyün işin və ya oynadığın rolun məqsədi nədir?

8) Öz zəif tərəfini anlamağın üçün beş sual

• Ən pis iş gününü yadına sal. Səndə yaranan boşluğun səbəbi və ya səni ruhdan salan səbəb nə idi?
• Ən xoşlamadığın iş və çətin hesab etdiyin tapşırıq nədir?
• Başqaları sənin hansı cəhətinin daha mükəmməl olmasını və daha yaxşı inkişaf etməsini istəyir?
• Sənin işdə ən böyük uğursuzluğun və onun səbəbi nə olub?
• Öz işinin daha yaxşı görməyin və öz rolunu daha yaxşı oynamağın üçün hansı bacarıqlarını inkişaf etdirməlisən?

9. Şəxsiyyətin dəyişməməyə meyillidir

İnsan əsasən özü haqqında düşündüyü kimidir. Zamanla dəyişməyən bu sabit düşüncələr yuxarıda qeyd etdiyimiz qərəzin təsirinə məruz qalır. Zaman keçdikcə sən daha düzgün nəticələrə gələ bilər və öz güclü tərəflərini inkişaf etdirə bilərsən.

10. Özünə verməli olduğun dörd sual

 Ünsiyyət: başqaları ilə necə işləyir və özünü necə göstərirsən?
• Düşüncə: problemlə qarşılaşdıqda onun həll edilməsi haqqında nə düşünürsən?
• Yaradıcılıq: problemi həll etdikdə ona necə yanaşır və onun həll yollarını necə axtarırsan?
• İnad: uğursuzluğa düçar olduqda inadkarlıq edib öz istəyinə nail olanadək davam edirsənmi?
İşdə uğur qazanmağın 12 sirri

11. Ürəyincə olan işlərə üstünlük ver

Etdiyin dəyişikliklərin göstərə biləcəyi təsir haqqında düşün. Onlardan hansı səni daha çox ruhlandırır? Onlardan hansı səni ruhdan salır? Bütün bunları nəzərə alaraq səni daha çox ruhlandıran işi gör: əks halda bu iş görülməyə bilər. Hansı tapşırıq üzərində işləmək istərdin? Onlardan beş və ya onunu deyil, bir və ya ikisini seç. Everest zirvəsinə çıxdıqda sən bazaların yerləşdiyi yerlərədək çıxmalısan və sonra yenidən yoluna davam etməlisən. Çatmaq istədiyin aralıq hədəfləri təyin et.

12. Daxili həyəcan zəngini işə sal

Özünün zəif tərəflərin haqqında məlumat aldıqdan sonra özünə “gələcəkdə bənzər halları necə təyin edəcəyəm?”, “Belə hallar haqqında mən necə xəbər tutacağam?” və “Nəzarəti əlimdə saxlamaq üçün mən nə etməliyəm?” suallarını ver. İşə yaradıcı yanaşma göstər, dərindən nəfəs al və baş verənlərə yalnız reaksiya vermək haqqında deyil, baş verənlərə qarşı düzgün addım atman haqqında düşün.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...