Dünyada qəhvənin qiyməti 12 aylıq rekordu yeniləyib

Date:

Paylaş:

Bu ilin noyabr ayında dünya bazarında qəhvənin 1 funtunun (454 qram) qiyməti 10,1% artaraq 1,07 ABŞ dollarına çatıb ki, bu da 12 aylıq rekord göstəricidir.

Bu barədə “İnterfax”a istinadən xəbər verilir.

Beynəlxalq Qəhvə Təşkilatının (İCO – İnternational Coffee Organization) hesabatına görə, 2019/2020-cı məhsul ilində qəhvənin 502 min kisəlik defisitlə 0,9% azalaraq 167,399 min kisə istehsal olunacağı, istehlakının isə 1,5% artaraq 167,901 min kisəyə çatacağı gözlənilir. Odur ki, qiymətin bundan sonra da artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin oktyabr ayında dünyada qəhvə ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13,4% azalaraq 2017-ci ilin sentyabr ayından sonrakı dövr üçün minimum həddə – 8,91 milyon kisəyə düşüb. Buna səbəb kimi əlverişsiz hava şəraiti və dünya bazarlarında uzun müddət davam edən aşağı qiymətlər göstərilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...