Huawei Mate 30 smartfonunda amerikan dəstləri yoxdur. Bunu Fomalhaut Techno Solutions yapon texnoloji laboratoriyasının mütəxəssisləri bildiriblər.
Əvvəllər Qorvo, Skyworks, Woburn və Mass amerikan şirkətləri Huawei smartfonları üçün çiplər təqdim edirdilər. Bununla belə istehsal heç də həmişə ABŞ-a yönəlməyib.
Huawei nümayəndəsi mətbuata bildirib ki, şirkət amerikan tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək fikrindədir, amma bu ABŞ hökumətinə görə mümkün olmasa, istehsalçı digər tədarük mənbələri axtarıb tapmalı olacaq.
Qeyd edək ki, 2019-cu ilin yayında ABŞ hökuməti Huawei-i qara siyahıya salıb və amerikan təchizatçılarından istehsal üçün komponentlər və proqram təminatı almağı qadağan edib. Bu qadağa 2020-ci ilin 16 fevralında qüvvəyə minəcək, amma şirkət artıq amerikan istehsallı detalların olmadığı bir neçə smatrfon istehsal etməyə başlayıb – Mate və Y9 Prime smartfonları.