Bank müştərilərinin məlumatları təhlükədə: adlar məxfi saxlanılır

Date:

Paylaş:

“Android” sisteminin proqram təminatında boşluq cinayətkarlara bank hesablarından loqin və parolları oğurlamaq üçün tətbiqlər hazırlamağa imkan verir. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Promon” şirkətinin məlumatları buna sübutdur.

Bizplus.az xəbər verir ki, bu barədə hesabat şirkətin saytında dərc edilib.

“StrandHogg” adlı boşluğun köməyi ilə fırıldaqçılar qurbanın mesajlarını oxuya, telefon söhbətlərini yaza, şəkillərə baxa və onun hərəkətini izləyə bilərlər. Onlar cihazda leqal proqramı öz proqramı ilə dəyişdirirlər, bundan sonra istifadəçi tərəfindən interfeysdə daxil edilmiş istənilən məlumatı əldə edirlər.

“Promon” şirkətinin məlumatına görə, ən azı 500 populyar proqramda bu boşluq aşkar edilib. Sxem 60 banka edilmiş hücumlarda yoxlanılıb, şirkət həmin bankların adını məxfi saxlayır.

“Promon” şirkəti artıq “Google”u məlumatlandırıb. “Google” şirkətinin mütəxəssisləri sözügedən boşluğu ciddi qəbul etməyiblər, ancaq “Promon” şirkətinin mütəxəssisləri iddia edirlər ki, hakerlər qurğu və proqramlara müdaxilə üçün “StrandHogg”dan istifadə edirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...